Nida Xəbər
Beynəlxalq Jurnalistlər Şurası jurnalistin hədələnməsinə ETİRAZ ETDİ
İki gün öncə Fransanın TF1 telekanalının əməkdaşı Liseron Budulun Azərbaycan ərazisi Qarabağdakı cəbhə xəttindən hazırladığı reportaja görə Fransadakı ermənilər tərəfindən ölümlə hədələnib.
Publika.az xəbər verir ki, Beynəlxalq Jurnalistlər Şurasının (Global Journalism Council) xarici əlaqələr üzrə sədri Elşad Eyvazlı etiraz bəyanatında jurnalist Liceron Budulunun şiddətə məruz qalmasını, hətta həmkarının reportajının saytdan çıxarılmasını qınadığını bildirib.
Təşkilat adından çıxış edən Elşad Eyvazlı özünü dünyanın siyasi mərkəzi hesab edən Fransa hökumətindən bu məsələ ilə bağlı təcili tədbirlər görülməsini, beynəlxalq hüquqları ayaq altına atan, jurnalisti ölümlə hədələyən Fransa vətəndaşlarının qanun qarşısına cavab vermələrini tələb etdiyini deyib:
"Əks halda Fransanın adı jurnalistlərin peşə fəaliyyətinin məhdudlaşdırıldığı, söz azadlığının boğulduğu ölkələr sırasına düşəcək.
Bir daha jurnalist həmkarımızla bağlı baş vermiş xoşagəlməz faktdan dərin təəsüüf hissi keçirir, təhdidi kəskin şəkildə pisləyir, Fransa hökumətindən təcili addımlar atılmasını istəyirik".
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
Avropa12:17Milan iğtişaşlarında “Rusiya əli”? - Səfirlikdən kəskin reaksiya və ruslara XƏBƏRDARLIQ
-
Qarabağ 11:36Qarabağ müharibəsindən yeni kadrlar yayıldı: Əksəriyyəti salamat qayıtmadı - Video
-
ABŞ09:37Vanessa Tramp xərçənglə mübarizəsindən danışdı: "Nəhayət ki..."
-
ABŞ09:19İrandan sonra hədəf Kubadır - Trampdan açıq təhdid
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!







.jpg)




























