Azərbaycan-Türkiyə qardaşlığı türk dünyasının ortaq gələcəyi üçün strateji əhəmiyyət daşıyır - Dövlət Baxçalı
Bizi izləyin

Nida Xəbər

Azərbaycan-Türkiyə qardaşlığı türk dünyasının ortaq gələcəyi üçün strateji əhəmiyyət daşıyır - Dövlət Baxçalı

Azərbaycan-Türkiyə qardaşlığı türk dünyasının ortaq gələcəyi üçün strateji əhəmiyyət daşıyır - Dövlət Baxçalı

Xəbər veridiyimiz kimi, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanov 2026-cı il oktyabrın 23-də Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı ilə görüşüb.

Publika.az bildirir ki, bu barədə səfirliyin yaydığı məlumata görə, səfir Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını Dövlət Baxçalıya çatdırıb, Azərbaycan-Türkiyə qardaşlığının müdafiəsi istiqamətində nümayiş etdirdiyi prinsipial mövqeyə və göstərdiyi dəstəyə görə ona təşəkkür edib.

Rəşad Aslanov türk dünyasında birlik və həmrəyliyin möhkəmləndirilməsinə yönələn səylərin Azərbaycanda yüksək qiymətləndirildiyini vurğulayıb.

Dövlət Baxçalı isə Prezident İlham Əliyevin diqqətinə və təşəkkürünə görə minnətdarlığını bildirib, ona səmimi salamlarının çatdırılmasını xahiş edib. O, hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb.

MHP sədri Azərbaycan-Türkiyə qardaşlığının qorunmasının və həmrəyliyin gücləndirilməsinin bütün türk dünyasının ortaq gələcəyi baxımından strateji əhəmiyyət daşıdığını qeyd edib. O, ölkələrimiz arasındakı münasibətlərin bundan sonra da qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaşlıq, etimad və qardaşlıq prinsipləri əsasında inkişaf edəcəyinə inamını ifadə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm