Nida Xəbər
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 103-cü kitabı çapdan çıxdı
Azərbaycan pandemiya dövründə də iqtisadi sahədə yaxşı nəticələr göstərir. Təkcə onu demək kifayətdir ki, bu gün dünyada 150-dən çox ölkə yardım üçün beynəlxalq maliyyə qurumlarına müraciət edib. Yəni, onların daxili maliyyə resursları imkan vermir ki, lazım olan işlər görülsün. Azərbaycanın bu siyahıda adı yoxdur. Biz o ölkələrdənik ki, öz gücümüzə bu bəla ilə mübarizə aparırıq. Onu da bildirməliyəm ki, biz artıq 10-dan çox ölkəyə yardım göstərmişik, yük təyyarələri, tibbi ləvazimat, dezinfeksiya materialları göndərmişik. Bəzi ölkələrə maliyyə yardımı göstərmişik. Ümumdünya Səhiyyə Təşkilatına iki dəfə donor ianəsi etmişik. Belə ölkələrin sayı o qədər də çox deyil. Bu, bizim məsuliyyətimizi göstərir. Onu göstərir ki, biz pandemiyaya qarşı qlobal müstəvidə də fəal rol oynayırıq.
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin yenicə çapdan çıxmış 103-cü kitabında yer alan bu fikirlər dövlətimizin başçısının bu il mayın 12-də Sumqayıtda “Gilan Tekstil Park” MMC-nin Tibbi Maska Fabrikinin və Tikiş Fabrikinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılış mərasimindəki çıxışından götürülüb.
Çoxcildliyin növbəti kitabındakı materiallar 2020-ci ilin may-iyun aylarını əhatə edir.
Yeni kitabda Prezident İlham Əliyevin Rusiyanın TASS İnformasiya Agentliyinə və “Natsionalnaya oborona” jurnalına müsahibələri, Asiya İnkişaf Bankının prezidenti Masatsuqu Asakava və bank rəhbərliyinin digər nümayəndələri arasında keçirilən videokonfransda, paytaxtın Bilgəh qəsəbəsində, Sumqayıtda və Abşeron rayonunun Saray qəsəbəsində quraşdırılan mobil tipli xəstəxanaların açılışı mərasimlərində çıxışlarının mətnləri toplanılıb.
Nəşrdə dövlət başçısının Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılış mərasimindəki çıxışı, Bakının Nizami rayonunda yerləşən 3 saylı DOST mərkəzinin açılışı zamanı Azərbaycan Televiziyasına müsahibəsi də yer alıb. Həmçinin yeni kitaba Prezident İlham Əliyevin Rusiya, Ukrayna, Türkiyə, Qazaxıstan prezidentləri ilə telefon danışıqlarına dair informasiyalar, bir sıra dövlət başçılarına və beynəlxalq təşkilatların rəhbərlərinə məktubları daxil edilib.
Bu cilddə oxucular Azərbaycan Prezidentinin Şamaxı, Tərtər, Ağdam və Ağcabədi rayonlarına səfərləri zamanı infrastruktur obyektlərinin, o cümlədən “ASAN xidmət” mərkəzlərinin, mədəniyyət müəssisələrinin, xəstəxanaların açılışı, ictimaiyyət nümayəndələri ilə görüşləri barədə materiallarla da tanış ola bilərlər.
Dövlətimizin başçısı bütün görüşlərində və apardığı danışıqlarda Ermənistan-Azərbaycan münaqişəsi barədə ətraflı məlumat verib, uzun illərdir Azərbaycanın terrorizmdən əziyyət çəkdiyini, işğalçı Ermənistanın xalqımıza məxsus qədim dini və digər maddi mədəniyyət abidələrini dağıtdığını diqqətə çatdırıb.
“Azərnəşr” tərəfindən buraxılan çoxcildliyin 103-cü kitabının hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.
-
Dünya15 Mart 23:00Bağdad Hava Limanı raket zərbələrinə məruz qaldı - Yaralılar var
-
Sosial15 Mart 20:18Azərbaycanda heyvan ətinin satışı ilə bağlı yeni qadağa tətbiq ediləcək? - Video
-
İnanc15 Mart 19:26Ramazan ayının iyirmi altıncı günü: İmsak və iftar vaxtı, günün duası
-
Region15 Mart 18:48Qurban bayramını “lazımsız qətl ayini” adlandırdı, həbs olundu
-
Nida Xəbər 15 Mart 17:25Daha bir neçə diplomat İrandan Azərbaycana təxliyə olundu
-
Yaxın Şərq15 Mart 17:15SEPAH-ın 7 yüksək rütbəli komandiri öldürüldü
-
Magazin215 Mart 15:55Məşhur supermodel qəribə qısa geyimi ilə diqqət çəkdi - Foto
-
Yaxın Şərq15 Mart 15:05Netanyahu sağ imiş - İsrail ölüm xəbərini feyk adlandırdı













.jpg)
























