Nida Xəbər
Ombudsman bu məsələ ilə bağlı bəyanat yaydı
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva Azərbaycanın işğaldan azad edilmiş ərazilərində işarə olunmamış minalı ərazilərlə bağlı bəyanat yayıb.
Publika.az bəyanatı təqdim edir.
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili olaraq, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində insanların həyatı, sağlamlığı və təhlükəsizliyinə təhdid olan işarə olunmamış minalı ərazilərlə bağlı ciddi narahatlığımı ifadə edirəm.
Ermənistan və Azərbaycan arasında 44 gün davam etmiş müharibə 10 noyabr 2020-ci il tarixində Ermənistan, Azərbaycan və Rusiya arasında imzalanmış üçtərəfli Bəyanata əsasən başa çatmışdır. Azərbaycanın 30 ilə yaxın işğal altında qalmış əraziləri beynəlxalq hüquqa uyğun olaraq azad edilmişdir.
Buna baxmayaraq, azad olunmuş şəhər və kəndlərin Ermənistan silahlı qüvvələri tərəfindən tamamilə dağıdılması ilə yanaşı, ərazilər işarə olunmadan minalanmışdır. İşğal müddətində həmin ərazilərdə yüz mindən artıq mina yerləşdirilmişdir və Ermənistan hələ də bu minaların xəritəsini verməkdən imtina edir.
Müharibənin başa çatmasından sonra hərbi qulluqçular və mülki şəxslərin minaya düşərək həlak olduğu və ya yaralandığı onlarla hal baş vermişdir. Müharibənin bitməsindən bu günə qədər həmin minalar səbəbindən 10 mülki şəxs həlak olmuş, 11 şəxs isə ağır yaralanmışdır.
Minalar onilliklər boyu aktiv qala və ciddi risk daşıya bilər. Onların mövcudluğu təkcə azad olunmuş ərazilərdə deyil, bütün regionda uzunmüddətli sabitliyə töhfə ola biləcək postmünaqişə dövründə məcburi köçkünlərin həmin ərazilərə geri qayıtmasına maneə törədir, ümumilikdə bərpa və inkişaf prosesini əhəmiyyətli dərəcədə ləngidir.
Ermənistan bütün işğal olunmuş ərazilərdə hərbi obyektlərə qarşı nəqliyyat vasitələri əleyhinə minalarla yanaşı, insan əleyhinə minalardan da istifadə etməklə beynəlxalq humanitar hüququn fərq qoymadan hücum etmənin qadağan olunması prinsipini pozur və Azərbaycan üçün həmin minaların ağır nəticələrinin qarşısını alacaq minalanmış ərazilərin xəritələrini verməkdən boyun qaçırır.
1949-cu il tarixli Cenevrə Konvensiyalarının I Əlavə Protokoluna əsasən, hədəfi fərqləndirməyən silahların istifadəsi qadağandır.
Ermənistan insanların həyat və sağlamlığının qorunmasını təmin etmək üçün qeyd-şərtsiz minalanmış ərazilərin xəritələrini Azərbaycana təqdim etməlidir.
Günahsız insanların həyat və sağlamlığını qorumaq və insan hüquqlarının pozulmasına son qoymaq naminə bütün müvafiq beynəlxalq təşkilatları mandatları çərçivəsində təcili tədbirlər görməyə çağırıram.
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu









.jpg)

.jpg)

















.jpg)







.jpg)


