Nida Xəbər
Qüdrət Həsənquliyevdən iki mühüm təklif
Hökumətin fəaliyyətini qənaətbəxş hesab edirəm və ona səs verəcəyəm.
Publika.az xəbər verir ki, bunu Milli Məclisdə hökumətin hesabatının müzakirəsi zamanı çıxış edən deputat Qüdrət Həsənquliyev deyib.
Q.Həsənquliyev indiyə qədər dövlət əmlakından yaxşı istifadə edilmədiyi fikrində olduğunu qeyd edib:
“Dövlət əmlakının özəlləşdirilməsi üçün ciddi addım atılmayıb. Cəmi 3 milyon manatlıq özəlləşdirmə aparılıb. Hesab edirəm ki, özəlləşdirmə sürətlə aparılmalıdır”.
Millət vəkili qeyd edib ki, vaxtında Prezidentin tapşırıqları olub:
“Kənd təsərrüfatı təyinatlı torpaqlarda çoxlu evlər tikilib. Amma həmin evlərin sənədləri verilmir. Hər il bu məsələ geri atılır. Həmçinin hökumətimiz kənd təsərrüfatı torpaqlarının təyinatının dəyişməsinə müsbət yanaşmır”.
Sosial müadafiə haqqında fikrini açıqlayan Qüdrət Həsənquliyev bildirib ki, dünyanın hər yerində bu sahəyə cavabdeh olan nazirlik bu istiqamətə daha çox maliyyə ayrılmasına çalışır:
“Bizdə isə fəxarətlə deyirlər ki, az vəsait xərclənib”.
İnfomasiya təhlükəsizliyi ilə bağlı danışan deputat iki təkliflə çıxış edib:
“44 günlük müharibə zamanı Prezident dünyanın onlarla tanınmış televiziya kanalına müsahibə verdi. Bizim bu qədər televiziya kanalımız var. Eləcə də dövlət kanalında yaxşı komanda formalaşıb. Bizim ən azından MDB məkanında 24 saat yayımlanacaq rus dilində televiziyaya ehtiyacımız var. Çünki bu regionda yaşayırıq, hətta Orta Asiyadakı türk ölkələri ilə rus dilində danışırıq.
İkincisi, dünya miqyasında ingilisdilli kanala ehtiyacımız olduğunu düşünürəm. Fikrimcə, bu təkliflər nəzərə alınmalıdır”.
Sonda Qüdrət Həsənquliyev Rəqabət Məcəlləsinin qəbuluna ehtiyac olduğunu vurğulayıb.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi



































.jpg)
.jpg)
