Nida Xəbər
Cavid Osmanov: "Azərbaycan istənilən halda öz ehtiyatını əldən buraxmamalıdır"
“44 günlük Vətən müharibəsindən sonra 10 noyabr üçtərəfli bəyanat imzalandı və Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi. Bütün müharibələrin sonunda imzalanan razılaşmalar əsasən, işğalçı dövlətlər həmin əraziləri minalayıblarsa, bunu Cenevrə konvensiyasına uyğun olaraq qarşı tərəfə təqdim etməlidir. Amma Ermənistan Azərbaycanın işğal altında saxladığı ərazilərində işğal müddətində də, ondan sonra da beynəlxalq hüquqa məhəl qoymayıb və minalanmış ərazilərin xəritəsini verməyib. Burada vəzifə daha çox beynəlxalq təşkilatların üzərinə düşür”.
Bu fikirləri Publika.az-a açıqlamasında millət vəkili Cavid Osmanov deyib.
Deputat bildirib ki, Ermənistan tərəfinə beynəlxalq hüquqların qorunması və icra edilməsi üçün təzyiq göstərilməlidir: “Amma təəssüf ki, ikili standartlar yenə də var bu təzyiqləri görmürük. Bir sıra dövlətlər – Türkiyə, İtaliya kimi ölkələr məsələni qınayıblar. Lakin ümumilikdə, müharibədən 4 aydan artıq zaman keçməsinə baxmayaraq, hansısa beynəlxalq təşkilatlar tərəfindən Ermənistana əsaslı təzyiqlərin şahidi olmamışıq.
Düşünürəm ki, Ermənistan Qarabağ və ətraf ərazilərdə minaladığı yerlərin xəritələrini təqdim etsə də, onlara güvənə bilmərik. Azərbaycan istənilən halda öz ehtiyatını əldən buraxmamalıdır. Ermənistanın daxilində revanşist qüvvələrin olduğunu görürük və onalr açıq şəkildə yeni müharibəyə edirlər. Təxribat xarakterli bəyanatlar səsləndirirlər. Ermənistanın 30 il müddətində törətdiyi cinayətlər bizə əsas verir ki, heç zaman ehtiyatımızı əldən verməyək”.
C.Osmanov ötən gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qeyri-rəsmi Zirvə görüşündə Prezident İlham Əliyev minalanmış ərazilər məsələsinə də toxunması və məcburi köçkünlərin öz dədə-baba yurdlarına qayıtmaq məsələsinə dair çıxışını xatırladıb: “Dövlət başçısı qeyd etdi ki, Ermənistan hələ də Azərbaycana minalanmış ərazilərin xəritələrini təqdim etməyib. Buna görə də biz öz gücümüz və tərəfdaşlarımız hesabına ərazilərin təhlükəsizliyini təmin etməyə çalışırıq. Bu, bizə həm də vaxt itkisi baxımından çətin başa gəlir və sakinlərin bölgəyə yerləşdirilməsinin vaxtını uzadır.
Biz vətəndaşlarımızı başa düşürük ki, onlar öz tarixi yurdlarını görmək, yaxınlarının qəbrini ziyarət etmək istəyirlər. Amma bu, hazırda təhlükəlidir və hüquq-mühafizə orqanları tərəfindən dəfələrlə xəbərdarlıq olunub. İnsanlarımız 30 il müddətində səbir nümayiş etdiriblərsə, bir az da səbirli olaraq təhlükəsiz şəkildə öz yurdlarına səfər edə biləcəklər. Vətəndaşlarımızdan xahişimiz ondan ibarətdir ki, təhlükəsizlikə bağlı edilən çağırışlara əməl edilsin. Dövlətimizin qarşısında hazırda duran bir nömrəli vəzifə işğaldan azad edilən ərazilərdə təhlükəsizliyi təmin etmək, quruculuq işləri görmək və vətəndaşlarımızın etibarlı köçünü aparmaqdır”.
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu









.jpg)

.jpg)

















.jpg)







.jpg)


