Nida Xəbər
Əliyev-Özoral görüşü türk mətbuatında
Prezident İlham Əliyevin aprelin 10-da Türkiyə Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralı qəbul etməsi və səfirə “Dostluq” ordenini təqdim etməsi qardaş ölkə mediası tərəfindən geniş işıqlandırılıb.
Publika.az xəbər verir ki, Anadolu agentliyi, “TRT Haber” telekanalı, “Sabah”, “Yeni Akit” və digər qəzetlər qəbulun təfərrüatlarını türkdilli oxuculara çatdırıblar.
Bununla bağlı xəbərlərdə Azərbaycan dövlət başçısının Türkiyə səfiri barədə xoş sözləri, eləcə də qardaş ölkənin diplomatik nümayəndəliyinin rəhbərinin səmimi fikirləri yer alıb.
Türkiyə KİV-ləri Prezident İlham Əliyevin səfirə müraciətlə dediyi bu sözləri sitat gətiriblər: “İndi vətənə qayıdırsınız, əslində, siz vətəndəsiniz və hər zaman burada sizin yeriniz var, bizim ürəyimizdə yeriniz var. Bilirəm ki, Azərbaycan ictimaiyyəti, Azərbaycanda fəaliyyət göstərən ictimai təşkilatlar, media nümayəndələri, rəsmi şəxslər sizin fəaliyyətinizə çox böyük qiymət verirlər, o cümlədən mən. Çünki bu illərdə, əlbəttə ki, həm burada, həm Türkiyədə çoxsaylı səfərlərim əsnasında sizin fəaliyyətinizin şahidi olmuşam və görmüşəm. Bilirəm ki, siz bütün səylərinizi iki qardaş xalqın bir-birinə daha yaxın olmasına istiqamətləndirmisiniz”.
Səfir Erkan Özoral Azərbaycanın Vətən müharibəsinə şahidlik etməyin onun üçün çox böyük xoşbəxtlik olduğunu söyləyib.
İnformasiyalar qəbuldan çəkilmiş video və fotolarla təqdim olunub.
-
Rəsmi xronika12:50Ərdoğan İlham Əliyevi təbrik etdi
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı mühüm açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi




































.jpg)
.jpg)
