Nida Xəbər
Araz Əlizadə bu dairədən namizəd olacaq - Özü AÇIQLADI
“Yenə də 35 saylı Xətai 3-cü seçki dairəsindən Milli Məclisin boş qalan yerinə namizədliyimi irəli sürəcəyəm”.
Bunu Publika.az-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının sədri (ASDP), keçmiş millət vəkili Araz Əlizadə deyib. ASDP sədri bildirib ki, hələlik Milli Məclisin boş qalan yerlərinə seçkilərin nə zaman keçiriləcəyi ilə bağlı onda məlumat yoxdur:
“Xəbər məlum olanda mətbuatda da gedəcək. Nə vaxt desələr, onda da hazırlıqlara başlayacağıq. Hazırda günlük işlərlə məşğulam. Partiyaya gedib-gəlirəm. 2022-ci ildə partiyanın qurultayı keçiriləcək. Hələlik hər hansı hazırlıq işləri getmir. Çünki 2022-ci ilə hələ çox vaxt qalır”.
Xatırladaq ki, Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçkilərlə əlaqədar ümumilikdə 4 dairədə keçirilmiş seçkinin nəticələrini ləğv edib. MSK-nın qərarına görə, nəticələri ləğv edilmiş dairələr aşağıdakılardır:
- 80 saylı İmişli-Beyləqan seçki dairəsi - lider namizəd Çingiz Qənizadə
- 74 saylı Lənkəran kənd seçki dairəsi - lider namizəd Hadı Rəcəbli
- 35 saylı Xətai üçüncü seçki dairəsi - lider namizəd Rauf Arifoğlu
- 33 saylı Xətai birinci seçki dairəsi - lider namizəd Hüseynbala Mirələmov.
Həmçinin, Milli Məclisin mərhum deputatı Fəttah Heydərov 04.08.2020-ci ildə dünyasını dəyişib və 116 saylı Qəbələ seçki dairəsi boşdur.
Tural Turan
-
Sosial19:12Fidan Mansurova yüksək vəzifəyə təyin edildi - FOTO
-
Rəsmi xronika18:48İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə çıxış etdi - YENİLƏNDİ
-
Ekologiya18:12Sabah leysan olacaq - XƏBƏRDARLIQ
-
Dünya16:4266 il əvvəl hesablayıblar: Dünyanın sonuna 1 ay qaldı?
-
Qoroskop14:46Bu 4 bürcün həyatında yeni dövr başlayır - Qarşıdakı 5 ayda hər şey dəyişəcək
-
Rəsmi xronika14:15İlham Əliyev Berdiməhəmmədovla görüşdü
-
Nida Xəbər 13:54Paşinyan saxlanılan əsgərdən danışdı: Bakı heç bir tələb irəli sürmür
-
Region13:15İstanbulda dəhşət: 7 mərtəbəli bina çökdü, ölənlər var - FOTOLAR / YENİLƏNDİ








.jpg)




























