Nida Xəbər
Azərbaycanlılar BBC-nin binası qarşısında aksiya keçirdi
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, "Natavan Qrup"u və Britaniya Azərbaycanlıları Assosiasiyasının birgə təşkilatçılığı ilə bu ölkədəki Azərbaycan icması BBC teleradioyayım korporasiyasının əsas binasının qarşısında aksiya keçirib.
Publika.az xəbər verir ki, aksiyanın məqsədi Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirən azərbaycanlı jurnalistlər Məhərrəm İbrahimovun və Sirac Abışovun mina partlayışı nəticəsində həlak olmasına diqqəti cəlb etmək olub.
Azərbaycanın dövlət bayrağı ilə aksiyaya qatılan soydaşlarımız jurnalistlərin fotolarını və Ermənistanın mina cinayətlərini əks etdirən posterləri nümayiş etdiriblər. Posterlərdə “Mina xəritələrini verin”, “Azərbaycanlı jurnalistlərə qarşı Ermənistanın müharibə cinayətləri”, “Ermənistan qanunlara əməl etmir”, “Ermənistan azərbaycanlı jurnalistlərin qatilidir”, “Bizi minalardan xilas edin” şüarları əks olunub.
Aksiya iştirakçıları beynəlxalq təşkilatlara bəyanat ünvanlayaraq, dünya ictimaiyyətini, beynəlxalq medianı Ermənistanın təxribatçı hərəkətlərinə və azərbaycanlı jurnalistlərin xidməti vəzifələrini yerinə yetirərkən həlak olmalarına biganə qalmamağa, Azərbaycanın haqlı və ədalətli mövqeyini müdafiə etməyə çağırıb. Soydaşlarımız həmin bəyanatı BBC rəhbərliyinə də təqdim edib.
Aksiya zamanı yerli sakinlərə Ermənistanın xalqımıza qarşı törətdiyi hərbi cinayətlər və təxribatlar barədə geniş məlumat verilib.
-
Səhiyyə21:26Daha bir nəfər rəqs edən həkimin qurbanı oldu - Video
-
Avropa21:00Trampla qalmaqal yaşayan Meloniyə Makrondan dəstək gəldi
-
Hadisə19:40Azərbaycan-Ermənistan sərhədində zəlzələ
-
Elm və təhsil18:50Qəbul imtahanlarında ən yüksək nəticə göstərən rayonlar
-
Sosial17:45Əli Əsədov daha bir qərar imzaladı
-
Sosial16:23Azərbaycan vətəndaşları 22 ölkəyə vizasız gedib-gələ bilər
-
Sosial15:55Pensiya alanların nəzərinə
-
Rəsmi xronika14:52İlham Əliyev məktəbəqədər təhsillə bağlı fərman imzaldı








.jpg)

























