Nida Xəbər
Şeyxülislam və dini rəhbərlər şəhidlərin məzarını ziyarət etdi
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə və Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri Azərbaycan Respublikası Silahlı Qüvvələri günü münasibətilə Azərbaycan Ordusunun qəhrəman şəhidlərinin məzarlarını ziyarət ediblər.
QMİ-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Şeyxülislam Allahşükür Paşazadə başda olmaqla din xadimləri qəhrəman Vətən oğullarının xatirəsini yad etmək üçün ilk öncə İkinci Fəxri xiyabanda olublar.
Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin törətdiyi hərbi təxribatın qarşısını alarkən şəhid olmuş general-mayor Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin, habelə digər şəhidlərimizin məzarlarını ziyarət edən QMİ sədri, İdarənin rəsmiləri və din xadimləri şəhidlərimizə Allahdan rəhmət diləyərək, məzarlarına tər çiçəklər düzüb, ruhları üçün dualar ediblər.
Sonra Şəhidlər xiyabanına gələn din xadimləri burada dəfn olunan qəhrəman Vətən övladlarının məzarları önünə güllər düzüb, xatirəsinə ehtiramlarını bildirib, ruhlarına dualar oxuyublar.
Allahşükür Paşazadə Silahlı Qüvvələr günü münasibətilə Azərbaycan xalqını təbrik edib:
“Bu il biz Şəhidlər xiyabanını qalib xalq kimi ziyarət edirik. Biz Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının daim müzəffər olmasını arzulayırıq. Bizə bu Qələbəni yaşadan şəhidlərimizə minnətdarıq”.
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi









.jpg)

.jpg)
























.jpg)


