Nida Xəbər
Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirildi - FOTO
26 iyun - Silahlı Qüvvələr günü münasibətilə Əlahiddə Ümumqoşun Ordu, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri, hərbi birlik, birləşmə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.
Publika.az xəbər verir ki, hərbi hissələrdə ictimai-siyasi hazırlıq dərsləri, “dəyirmi masa”lar, konfranslar, muzeylərə ekskursiyalar, o cümlədən kitab, foto və rəsm sərgiləri təşkil olunub, sənədli və bədii filmlər nümayiş etdirilib.
Bayramla əlaqədar ümummilli lider Heydər Əliyevin, Azərbaycan Milli Qəhrəmanları və Sovet İttifaqı Qəhrəmanlarının abidələri, Şəhidlər xiyabanları ziyarət edilib, bayram konsertləri, kütləvi hərbi vətənpərvərlik tədbirləri və digər fəaliyyətlər təşkil olunub.
Tədbirlərin sonunda Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təltif olunanlara orden və medallar, xidmətdə fərqlənən hərbi qulluqçulara isə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.
-
Region12:56Xəzərin yox olmasının qarşısını almalıyıq - Tokayev İrəvanda çağırış etdi
-
Rəsmi xronika12:54İlham Əliyev sərəncam imzaladı
-
Nida Xəbər 12:16Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi - Adlar
-
Sosial12:06Vüqar Zifəroğlu Mətbuat Şurasının sədri seçildi
-
Sosial11:20Milli Məclis Prezident və Birinci vitse-prezidenti təbrik etdi
-
Nida Xəbər 10:24Simonyan jurnalistlərlə söhbət edərkən Hikmət Hacıyevdən zəng gəldi - VİDEO
-
Nida Xəbər 10:15Məzahir Əfəndiyev barəsində 9 işə xitam verildi
-
Magazin110:06“O qurum ləğv olunsun!” - Xoşqədəmdən sərt açıqlama





































