Nida Xəbər
Azad edilmiş ərazilərdə hərbçilər üçün çörək zavodu fəaliyyətə başladı - FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən işğaldan azad olunmuş bölgələrə Müdafiə Nazirliyinin rəhbər heyətinin səfəri davam edir.
Publika.az xəbər verir ki, nazirliyin rəhbərliyi Kəlbəcər rayonu ərazisində tikilməkdə olan çörək sexinə baxış keçirib və aparılan tikinti işləri ilə maraqlanıb, inşaatın daha da keyfiyyətli aparılması üçün müvafiq tapırıqlar verilib.
Sonra Müdafiə naziri Laçın rayonu ərazisində yerləşən çörək zavodunda olub.
Nazirə məruzə edilib ki, ərazidə dislokasiya olunan bütün hərbi hissələrin şəxsi heyətinin gündəlik isti çörək təminatı bu zavod tərəfindən həyata keçirilir.
Bildirilib ki, müasir avadanlıqlarla təchiz olunmuş çörək zavodunun fəaliyyəti tam avtomatlaşdırılıb. Bütün un məmulatları əl dəyilmədən və gigiyenik qaydalara əməl olunmaqla bişirilir.
Sonda Müdafiə naziri şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.
-
Avto18:24Rusiyada yeni avtomobillərin qiyməti rekord həddə çatdı
-
Nəqliyyat18:12Piyada keçidi, yoxsa ölüm zolağı? - Video
-
ABŞ17:40"Epşteyn işi"ndəki 86 səhifəlik sənəd silindi: İçində nə var idi?
-
Magazin117:30İlhamə Quliyevanın evində qab yuyan Xalq artisti...
-
İnanc14:13Ramazanın ilk gününün imsak və iftar vaxtı açıqlandı
-
Sosial13:26Bakının bu qəbiristanlığında sakinlər yaxınlarını ziyarət edə bilmirlər - VİDEO
-
Sosial12:45Məktəblərdə artan insidentlərin pərdəarxası səbəbləri - VİDEO
-
Magazin212:02Hollivud ulduzu film tanıtımına elə geyimdə gəldi ki... - FOTOLAR





































