Nida Xəbər
"MEDİA könüllüləri" ilə bağlı daha bir ADDIM ATILDI - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nda qarşıya qoyulmuş vəzifələrdən irəli gələrək dövlət orqanlarında gənclərin potensialından daha səmərəli istifadə etmək, gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və onların praktik biliklərini artırmaq, yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək məqsədilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində könüllülərin cəlb olunması ilə bağlı müvafiq işlər görülür.
Publika.az xəbərinə görə, bununla bağlı Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə Milli Mətbuat və Jurnalistika Gününə həsr olunan tədbirdə könüllülərin iştirakına şərait yaradılıb.
Avqustun 13-də isə Medianın İnkişafı Agentliyində “MEDİA könüllüləri” ilə görüş keçirilib. Görüşdə MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov könüllülük fəaliyyətinin gənclərin işgüzarlığının, bilik və bacarığının artırılmasında, dünya görüşünün genişlənməsində rolunu vurğulayıb, Agentliyin fəaliyyət istiqamətləri barədə məlumat verib.
Qeyd olunub ki, gələcək layihələrdə də könüllülərin iştirakının təmin olunması nəzərdə tutulur.
Sonra Milli Mətbuat və Jurnalistika Gününə həsr olunan tədbirin təşkilində fəal iştiraklarına görə “MEDİA könüllüləri”nə sertifikatlar təqdim edilib.
Tural Turan

-
Ekologiya18:20
Ayın son beş günü hava necə olacaq? - Yağış, külək, dolu...
-
Rəsmi xronika17:37
İlham Əliyev üç sərəncam imzaladı
-
Sosial16:35
Əvəz Zeynallı azadlığa buraxıldı
-
Dünya15:12
Narışkindən etiraf: Bakıda bu ölkənin kəşfiyyat xidməti rəhbərlərindən biri ilə görüşüb
-
Hadisə14:47
Bakıda sürücülər arasında dava - Ölən var
-
İdman14:19
"Neftçi"də iclas oldu, Samir Abasov rəhbərliyə siyahı təqdim etdi: Bu futbolçular göndərilir
-
Maraq dünyası13:36
Günəş Yeri belə məhv edəcək: Dünyanın SON TARİXİ AÇIQLANDI
-
Sosial12:55
İyunda 13 gün iş olmayacaq