Nida Xəbər
Gürcüstanın dövlət agentliyinin rəsmiləri DİDK-də olublar - FOTO
Gürcüstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze və Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşaxmadzenin rəhbərlik etdiyi nümayəndə heyəti Diasporla İş üzrə Dövlət Komitəsində (DİDK)olub.
Komitədən Publika.az-a bildirilib ki, qonaqları salamladıqdan sonra Komitə sədrinin birinci müavini Valeh Hacıyev Komitənin fəaliyyət istiqamətləri, dövlətimizin yürütdüyü tolerantlıq siyasəti, ölkəmizdə yaşayan etnik və dini icmalar arasındakı möhkəm dostluq və qardaşlıq münasibətləri barədə məlumat verib.
Komitə rəsmisi bildirib ki, Azərbaycan və Gürcüstan arasında həmişə dostluq və mehriban qonşuluq münasibətləri olub və hazırda Azərbaycan-Gürcüstan münasibətləri ortaq strateji maraqlara söykənir.
Qeyd olunub ki, Azərbaycanda başqa xalqlara və dinlərə hər zaman sayğı ilə yanaşılıb, ölkəmiz hər zaman sivilizasiyalararası dialoqun, beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması istiqamətində var gücü ilə çalışıb.
Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşaxmadze xoş və səmimi qarşılanmaya görə Komitə rəsmilərinə təşəkkür edib, Gürcüstanın Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəklədiyini bildirib. Daha sonra Zaza Vaşaxmadze Gürcüstan dövlətinin yürütdüyü din siyasəti və dövlət tərəfindən etnik və dini icmalara göstərilən dəstək barədə ətraflı məlumat verib. Agentlik sədri Gürcüstanda da bütün konfessiyaların birgə mövcudluğu üçün yaxşı şərait olduğunu, Gürcüstanda yaşayan çoxsaylı azərbaycanlıların Gürcüstan cəmiyyətinə inteqrasiya etməsi üçün hər cür imkanın yaradıldığını bildirib.
Daha sonra Azərbaycanda yaşayan etnik gürcülərin milli adət-ənənələrinin, eləcə də, milli kimliklərinin qorunması ilə bağlı məsələlər müzakirə edilib, təkliflər səsləndirilib.
Görüşün sonunda hər iki tərəf bir-birinə xatirə hədiyyəsi təqdim edib və birlikdə şəkil çəkdiriblər.
-
Kriminal19:00Zaur Axundova cinayət işi açıldı - Böyük yeyinti
-
Dünya17:30Əsəd rejiminin son günlərinə dair şok faktlar - Sevgilisinin ölüm əmrini kim verib?
-
Rəsmi xronika16:55Prezident Tahir Budaqovu icra başçısı təyin etdi
-
Magazin115:59Aybəniz Haşımovaya yeni vəzifə verildi
-
Nida Xəbər 15:38Azərbaycan İranla sərhədi açır?
-
MDB15:01Putini əvəz edəcək adam axtarılır: Rusiya elitası qorxu içində
-
Nida Xəbər 14:49Əliyevlə Paşinyan bu tarixdə Vaşinqtona gedəcək - İDDİA
-
Region13:42Türkiyədə bu körpə qidası qadağan edildi: Tərkibində zəhərli maddə var - Azərbaycanda da satılır







































