Nida Xəbər
Həmsədrlər Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü alqışlayır
ATƏT Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin İkinci Qarabağ müharibəsindən sonra ilk görüşünü alqışlayır.
Publika.az xəbər verir ki, bu barədə həmsədrlər, Stefan Viskonti (Fransa), Endrü Şofer (ABŞ) və İqor Xovayevin (Rusiya) bəyanatında deyilir.
Qeyd olunur ki, ATƏT Minsk qrupunun həmsədrləri BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla ayrı-ayrılıqda görüşüb.
Daha sonra həmsədrlərin iştirakı ilə nazirlərin görüşü baş tutub.
Bəyanatda qeyd olunur ki, görüşlər zamanı Ermənistanla Azərbaycan arasında həll olunmamış məsələlər müzakirə olunub.
Həmsədrlər hər iki ölkənin xarici işlər nazirlərinin 2020-ci ilin noyabrından bəri keçirilən ilk görüşünü alqışlayıblar və mandatlarına uyğun olaraq bütün qalan məsələlərin hərtərəfli həllini tapması üçün tərəflərlə işləməyə davam etməyə sadiq qaldıqlarını bildiriblər.
-
Avto06:16Alıcılar hansı modellərə üstünlük verirlər? - Bakı avtomobil bazarında son vəziyyət
-
Dünya04:30Zelenskidən müharibənin sonu ilə bağlı mesaj: İlk siqnal verildi...
-
Dünya02:18Vuçiç seçkilərin ilkin nəticələrini açıqladı: Məğlub olduq
-
Qoroskop01:20Günün ulduz falı: çətinliklərlə təkbaşına mübarizə aparmalı olacaqsınız
-
Avropa00:45Vuçiçin anasına hücum edən şəxs saxlanıldı
-
Nida Təhlil 00:27Ərdoğan Bakıya qarşı çıxan Oktay Saralı niyə istefaya göndərdi? - DETALLAR
-
Hadisə25 Oktyabr 21:30Deputatın oğlu həbs edildi - VİDEO/YENİLƏNDİ
-
ABŞ25 Oktyabr 21:00Bu gecə İrana zərbə endiriləcək? - Trampdan açıqlama









.png)
.jpg)






















