Nida Xəbər
Azərbaycan, Gürcüstan və Türkiyə Müdafiə nazirlərinin mətbuat konfransı keçirildi
Oktyabrın 5-də Gürcüstanın Kaxeti bölgəsində Azərbaycan, Gürcüstan və Türkiyə Müdafiə nazirlərinin birgə mətbuat konfransı keçirilib.
Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akar və Gürcüstanın Müdafiə naziri cənab Cuanşer Burçuladze bəyanatla mətbuatda çıxış ediblər.
Azərbaycanın Müdafiə naziri, general-polkovnik Z.Həsənov ölkələrimizin və xalqlarımızın mehriban qonşuluq və yaxın dostluq münasibətlərinin önəminə toxunub.
Gürcüstanda keçirilən üçtərəfli görüşün ölkələrimiz arasında strateji səviyyəli dialoqun bariz nümunəsi olduğunu qeyd edən nazir, birgə təlimlərin üçtərəfli fəaliyyətlərimizin yeni mərhələyə keçməsinə zəmin yaradacağını və nəticədə regional təhlükəsizliyə öz töhfəsini verəcəyini bildirib.
Gürcüstanın Müdafiə naziri cənab C.Burçuladze keçirilən görüşün əhəmiyyətini vurğulayaraq, bu ölkənin üçtərəfli münasibətlərin inkişafına xüsusi diqqət yetirdiyini qeyd edib.
Türkiyənin Milli Müdafiə naziri cənab H.Akar ölkələrimiz arasında mövcud dostluq münasibətlərinin daha da inkişaf edəcəyinə əmin olduğunu bildirib.
Konfransda dövlətlərimiz arasındakı səmimi münasibətlərin və müdafiə sahəsi üzrə üçtərəfli əməkdaşlığın regionda sülh və əmin-amanlığın təminatçısı və nümunəvi tərəfdaşlıq olduğu qeyd edilib.
Sonda media nümayəndələrinin sualları cavablandırılıb.
-
Magazin102:44Ceki Çan Bakıda
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp








.jpg)


















.jpg)
.jpg)





