Nida Xəbər
ABŞ Cənubi Qafqazda təhlükəsiz və dinc gələcəyin təşviqinə sadiqdir - BƏYANAT
ABŞ-ın Azərbaycandakı səfirliyi Ermənistan və Azərbaycan arasında atəşkəs bəyanatının imzalanması ildönümü ilə bağlı bəyanat yayıb.
Publika.az-a səfirlikdən daxil olan bəyanatda qeyd edilir ki, bu həftə ABŞ və beynəlxalq ictimaiyyət, Cənubi Qafqazda Ermənistan və Azərbaycan qüvvələri arasında 44 gün davam edən gərgin döyüşlərə son qoyan atəşkəs bəyanatının ildönümünü qeyd edir:
"Ötən il hərbi əməliyyatlar zamanı həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Biz hal-hazırda bütün saxlanılan şəxslərin qaytarılmasına, itkin düşmüş şəxslərlə bağlı tam hesabatlılığa, məcburi köçkünlərin öz evlərinə könüllü qayıtmasına, münaqişədən zərər çəkmiş ərazilərin minalardan hərtərəfli təmizlənməsinə və beynəlxalq humanitar təşkilatların ehtiyacı olanlarla əlaqə saxlamaq üçün şərait yaradılmasına çağırırıq. Biz, həmçinin, iddia edilən insan hüquqlarının və beynəlxalq humanitar hüququn pozulması hallarının araşdırılmasına çağırırıq.
Birləşmiş Ştatlar Cənubi Qafqaz regionu üçün təhlükəsiz, sabit, firavan və dinc gələcəyin təşviqinə sadiqdir. ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri bürosu müavininin köməkçisi Erika Olson hazırda hər üç ölkə ilə ikitərəfli məsələləri müzakirə etmək və regional əməkdaşlıq imkanlarını araşdırmaq üçün regiondadır. Biz, Ermənistan və Azərbaycanı, Minsk Qrupu həmsədrlərinin himayəsi də daxil olmaqla, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı və ya münaqişədən irəli gələn bütün həll edilməmiş məsələlərin hərtərəfli həlli üçün əlaqələrini davam etdirməyə və intensivləşdirməyə çağırırıq".
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular


































.jpg)

.jpg)
