Nida Xəbər
Ədalət Məhkəməsi Ermənistana delimitasiya və demarkasiya məsələsinin həllini tövsiyə edib
Beynəlxalq Ədalət Məhkəməsi Ermənistana qarşılıqlı şəkildə sülh müqaviləsinin bağlanması, delimitasiya və demarkasiya məsələsinin həllini tövsiyə edib.
Publika.az Trend-ə istinadla xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov mətbuat brifinqində deyib.
Nazir müavini bildirib ki, məhkəmə hər iki tərəfə münasiqəşədən irəli gələn ziddiyyətli məsələləri daha da dərinləşdirməmək barədə çağırış etmişdi.
"Ermənistana qarşılıqlı şəkildə sülh müqaviləsinin bağlanması, delimitasiya və demarkasiya məsələsinin həllini tövsiyə etmişdi. Bu çağırış da məhz Azərbaycanın siyasi mövqeyi ilə üst-üstə düşür. Lakin növbəti illərdə qaldırılan məsələlərə baxılacaq və hüquqi qiymət veriləcək. Bu həqiqətlərin məhkəmədə sübut edilməsi istiqamətində səylərimizi əsirgəməyəcəyik", - deyə E.Məmmədov əlavə edib.
Qeyd edək ki, dünən Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın, o cümlədən Ermənistan ərazisində fəaliyyət göstərən və Azərbaycanlıları hədəf alan fərdlər və təşkilatlar tərəfindən irqi nifrətin təşviq etməsini qadağan edən müvəqqəti tədbirlərə dair Azərbaycanın vəsatətini təmin edib. Məhkəmə əsaslı olaraq Ermənistan tərəfinə azərbaycanlıların insan hüquqlarının pozulmasının qarşısını almaq üçün təcili tədbirlər görməyi tapşırıb.
Erməni əsilli şəxslərin dərhal azadlığa buraxılması, habelə Bakıdakı Qənimətlər Parkının dərhal bağlanmasına dair Ermənistanın qaldırdığı vəsatətlər isə Məhkəmə tərəfindən rədd edilib.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular


































.jpg)

.jpg)
