Nida Xəbər
YAŞAT Fondu 1 illik fəaliyyəti ilə bağlı HESABAT VERDİ - FOTO
Bu gün Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” Fondunun yaradılmasından 1 il ötür.
Publika.az xəbər verir ki, bununla əlaqədar media nümayəndələri üçün mətbuat konfransı təşkil olunub.
Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib ki, bu günə qədər Fondun fəaliyyət istiqamətləri üzrə 49 497 446.15 AZN məbləğində vəsait xərclənib.
Belə ki, bu çərçivədə 2 916 şəhidin ailə üzvləri, habelə 5 010 yaralı olmaqla ümumilikdə 16 393 şəxslə görüş keçirilib, ehtiyacları qeydə alınıb və 10 875 şəxsin 15 834 müraciəti icra olunub.
Onun sözlərinə görə, bu günə qədər YAŞAT Fonduna 65 milyon manat ianə olunub: "Fond tərəfindən 11 minə yaxın şəxsin müraciəti öz həllini tapıb. Məişət şəraitinin yaxşılaşdırılması istiqaməti üzrə 32 477 789.50 AZN, təhsil, peşə hazırlığı və yaradıcı potensialın inkişafı xərcləri üçün 458 478.51 AZN, istehlak kreditləri və digər borc öhdəliklərinin qarşılanması üzrə 5 432 716.49, müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi üçün isə fonndan 11 128 461.65 AZN vəsait sərf olunub".
Mehdiyev bildirib ki, əlilliyin təyinatı gözlənilmədən YAŞAT Fondu qazilərə yardım göstərir.
"Əlilliyin təsdiq olunması gözlənilmədən Vətən Müharibəsində iştirak edənlər dinləniləcək, təyinatı üzrə yardım ediləcək. Qazilərimiz 8110 nömrəsinə zəng etməklə "YAŞAT" Fonduna özləri barədə məlumat verib, "YAŞAT" Fondunun xidmətindən yararlana bilərlər".
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib ki, Vətən müharibəsindən sonra 35 min şəxsə 41 min xidmət göstərilib. 20 min şəhid ailəsi üzvünə sosial ödəniş təyin edilib.
Onun sözlərinə görə, bu il şəhid ailəsi üzvləri və müharibə əlillərinə 2 600-ə yaxın mənzil təqdim edilib: "İlin sonuna qədər proses davam edəcək. 10 min nəfər sosial psixoloji dəstək xidmətlərindən yararlanıb. 1000-dən artıq şəxs təkərli oturacaqlarla təmin edilib. 163 müharibə əlili olan əsgərə 174 elektron yeni nəsil protezlər verilib. Bundan sonra təxminən 12-17 belə protezin qoyulması da planlaşdırılır. Bununla da həmin şəxslərin gündəlik həyata inteqrasiya edilməsinə və əmək bazarına daxil olmasına şərait yaratmış olacaq".
Nazir bildirib ki, 5 500 nəfər şəhid ailəsi üzvü və müharibə əlili özünüməşğulluq proqramına cəlb olunub: "Əlavə 2500 nəfər işlə təmin olunub. Məşğulluq marafonu vasitəsilə 1300-ə yaxın şəhid ailəsi üzvü və qazi işə düzəliblər. Bütün rəqəmlərin yekunu olaraq, 9300-dən artıq bu qəbildən olan vətəndaşlar daimi iş yerləri ilə təmin olunurlar. Vahid Əlaqələndirmə Mərkəzi vasitəsilə Bakı şəhəri tam əhatə olunur. Ötən üç ayda 4 163 şəxsə xidmət göstərilib. Şəbəkənin regionlara yayılmasını hədəfləyirik".
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev iştirak edir.
Foto: Ceyhun Rəhimov
-
Sosial02:43
Sənədsiz evlərlə bağlı ŞAD XƏBƏR
-
İdman02:19
Klublararası DÇ-də səbətlər bəlli oldu: Püşk bu sistemlə atılacaq – FOTO
-
Qoroskop01:15
Günün qoroskopu: bunu etməsəniz, hər şey yaxşı olacaq
-
Avropa00:55
Fransanın Baş naziri istefa verdi
-
Hadisə00:15
Bakı metrosunda baş verənlərə görə bu gün xüsusi iclas olacaq - RƏSMİ
-
MDB4 Dekabr 23:25
Rusiyadan Paşinyanın KTMT ilə bağlı bəyanatına CAVAB
-
İdman4 Dekabr 22:30
Bekhemin oğlu yeni sevgilisi ilə FOTOsunu paylaşdı: Onun üçün döymə də etdirib
-
Magazin14 Dekabr 22:18
"Nanənin xəbəri olmayıb" - Əməkdar artist qalmaqallı sürprizdən danışdı