Nida Xəbər
Elin Süleymanov etimadnaməsini kraliçaya təqdim etdi - FOTO
Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Elin Süleymanov Britaniya Kraliçası Ülyahəzrət II Elizabetə etimadnaməsini təqdim edib.
Publika.az xəbər verir ki, Kraliyyət ənənələrinə uyğun olaraq etimadnamə təqdim olunan gün səfir Elin Süleymanov səfirlikdən Bukinqem sarayına atlara qoşulmuş faytonla birlikdə, Kraliçanın diplomatik korpus üzrə marşalı Alistair Harrisonun müşayiəti ilə gətirilib. COVID-19 pandemiyası ilə əlaqədar son iki il ərzində formalaşmış ənənəyə uyğun olaraq Kraliça II Elizabet görüşə onlayn monitor vasitəsi ilə qoşulub.
Görüşün əvvəlində səfir E.Süleymanov Prezident İlham Əliyevin səmimi salamlarını Kraliçaya çatdırıb. E.Süleymanov Azərbaycanın Britaniyadakı səfiri təyin olunmasından böyük şərəf hissi keçirdiyini söyləyərək yeni vəzifəsində iki ölkə arasında münasibətlərin daha da dərinləşdirilməsi və möhkəmləndirilməsinə çalışacağını bildirib.
Öz növbəsində, Kraliça II Elizabet Prezident İlham Əliyevin səmimi salamlarına görə təşəkkür edərək, özünün də salamları və ən xoş arzularının Azərbaycanın ölkə başçısına çatdırılmasını xahiş edib. O, həmçinin səfir Elin Süleymanova fəaliyyətində uğurlar arzu edib.
Söhbət əsnasında, tərəflər son onilliklər ərzində Azərbaycanla Britaniya arasında ikitərəfli əlaqələrin daim yüksələn xətlə inkişaf etməsindən məmnunluq ifadə edib, əlaqələrin bundan sonra daha da genişləndirilməsi və intensivləşdirilməsinin hər iki xalqın marağında olduğunu vurğulayıb.
At və atçılığa xüsusi marağı olan Kraliça II Elizabet, hər il Britaniyada keçirilən Vindzor Kral Atçılıq Şousunda Azərbaycan atlarını heyranlıqla seyr etdiyini bildirərək qarşıdakı illərdə də Britaniyada təşkil edilən bu cür şoularda Azərbaycandan olan atları görmək arzusunda olduğunu nəzərə çatdırıb.
Mərasim bitdikdən sonra səfir Elin Süleymanov atlara qoşulmuş faytonla səfirliyə gətirilib.
Daha sonra etimadnamənin təqdim olunması münasibətilə Azərbaycanın Böyük Britaniyadakı səfirliyində ziyafət təşkil edilib. Ziyafətdə bir sıra xarici ölkələrin Londondakı səfirləri, Böyük Britaniya parlamentinin üzvləri, Böyük Britaniya Xarici İşlər Nazirliyinin rəsmiləri, diplomatik korpusun nümayəndələri və mətbuat nümayəndələri iştirak ediblər. Tədbirdə, həmçinin Britaniya Baş nazirinin Azərbaycan üzrə Ticarət elçisi Baroness Nikolson iştirak edib.
Tədbirdə çıxış edən diplomatik korpusun marşalının müavini Allison Mak Milian Azərbaycanın Britaniyadakı yeni səfirinə uğurlar arzulayaraq ölkəsi ilə Azərbaycan arasında bütün sahələr üzrə əlaqələrin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini vurğulayıb.
Elin Süleymanov günün önəmindən bəhs edərək Britaniya və Azərbaycan arasındakı münasibətlərin strateji xarakterə malik olduğunu vurğulayıb. O, Azərbaycan və Britaniya arasında son üç onillikdə qarşılıqlı inam əsasında və dostluq ruhunda qurulmuş ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinə, ölkələrimiz arasında yeni əməkdaşlıq imkanlarının yaranmasına səy göstərəcəyini söyləyib. Səfir, həmçinin ikitərəfli münasibətlərin inkişafına badə qaldıraraq Azərbaycanla Britaniya arasında münasibətlərin tərəqqisinə göstərdiyi töhfələrə görə Ülyahəzrət II Elizabetə minnətdarlıq ifadə edib.
-
Dünya22:32İran hədələdi: daha bir boğazı bağlayacağıq
-
Yaxın Şərq21:30İran Yaxın Şərqdəki bütün ABŞ bazalarının məhv edildiyini açıqladı - Komandirlər gizlənirlər, onları axtarırıq...
-
Magazin219:51"Qızım ondan ayrılanda heç bilirsiniz nələr yaşadı?"
-
Region17:50Bu, müharibə deməkdir! - Paşinyandan xalqa xəbərdarlıq
-
Yaxın Şərq17:32ABŞ-ın əfsanəvi təyyarədaşıyan gəmisinə raket zərbəsi endirildi - Video
-
Avropa17:02ABŞ-İran danışıqları Türkiyədə keçirilə bilər - "Reuters"
-
MDB16:33Bu ölkə İrana Azərbaycan vasitəsilə yardım göndərir
-
MDB15:32Ukraynaya qaz zərbəsi - Tədarük dayandırıldı






























.jpg)







