Nida Xəbər
Yanacağın qiyməti nə zaman enəcək?
"Beynəlxalq bazarlarda yanacağın qiyməti enən kimi, avtomatik olaraq Gürcüstan bazarında da ucuzlaşma öz əksini tapacaq".
Publika.az xəbər verir ki, bu barədə Gürcüstanın aparıcı yanacaq tədarükçüsü olan “Visoli” şirkətinin prezidenti Soso Pxakadze bildirib.
Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi bitənə qədər neftin qiymətinin beynəlxalq bazarlarda ucuzlaşması gözlənilmir:
“Biz həmişə beynəlxalq qiymətə əməl edirik, yanacaq ucuzlaşacaqmı sualına belə cavab verə bilərik. Beynəlxalq bazarda ucuzlaşarsa mütləq bu yanacaqdoldurma məntəqələrində özünü göstərir. Təəssüf ki, Rusiya-Ukrayna müharibəsindən əvvəlki qiymətlə müqayisədə qiymətlər xeyli artıb, bu həm şirkətlərə, həm də əhaliyə mənfi təsir göstərir. İndi bizə müharibədən əvvəl tələb olunan dövriyyə kapitalından iki dəfə yarım çox ehtiyacımız var və söhbət milyonlardan gedir. Müharibə bitənə qədər bu bazarda nə qədər əhəmiyyətli irəliləyişlər edilə biləcəyini bilmirəm. Əgər qiymətlər bir-iki həftə ərzində beynəlxalq bazarda aşağı düşsə, bu, şübhəsiz ki, şəbəkəmizdə mütləq öz əksini tapacaq”.
Bundan əlavə, Pxakadze bildirib ki, “Visoli” şirkəti daim daha ucuz yanacaq mənbəyi axtarır: "Müharibə başlayandan sonra iki ölkə arasında sülh danışıqları dövrü oldu, eyni zamanda Amerika qiymətləri aşağı salmaq və bazarı sabitləşdirmək üçün neft ehtiyatlarını satışa çıxardı, lakin bu, qısa müddət idi. Sülh danışıqları uğursuz oldu və barelin qiyməti 120 dollara qayıtdı. Biz çox istəyirik ki, yanacağın qiyməti aşağı olsun, çünki belə olsa, yanacaq daha çox satılacaq. Həmçinin hökumətlə bərabər qiymətin düşəcəyini biz də gözləyirdik, amma işlər daha da pisləşdi. Biz indi də ucuz yanacaq mənbəyi tapmağa çalışırıq”, - deyə Pxakadze bildirib.
Tural Turan
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO










.jpg)
























.jpg)


