Nida Xəbər
Liviya VƏTƏNDAŞ MÜHARİBƏSİ ilə üz-üzə
İki hökumətin mövcud olduğu Liviyada yeni vətəndaş müharibəsi təhlükəsi yaranıb. Ölkənin şərq əyalətlərində fəaliyyət göstərən parlament tərəfindən Baş nazir elan edilmiş Fəthi Başağa yaxın günlərdə paytaxt Tripoliyə daxil olacağını bəyan edib.
Publika.az bildirir ki, Liviya parlamenti bu ilin fevralında ölkədə on ildən çox davam edən zorakılığa son qoymaq üçün Birləşmiş Millətlər Təşkilatının dəstəklədiyi sülh prosesi çərçivəsində ötən il təyin edilmiş müvəqqəti Baş nazir Əbdülhəmid Dbeybahın yerinə hökumət başçısı kimi Fəthi Başağanı təyin edib. Lakin Dbeybah hakimiyyəti təhvil verməkdən imtina edib. Yeni Baş nazirin mayda paytaxt Tripoliyə gəlişi isə tərəflərin silahlı qruplaşmaları arasında qarşıdurmalara səbəb olub. Həmin vaxt qan tökülməsinin əleyhinə olan Başağa paytaxtı tərk etmişdi və indi Sirtə şəhərindən bəyan edib ki, bütün yollar Tripoliyə açıqdır və yaxın günlərdə orada olacağıq. O əlavə edib ki, bəzi silahlı qüvvələr mövqelərini dəyişiblər və bizim paytaxta daxil olmağımıza heç bir maneə yoxdur.
“Lybiya Observer” jurnalı yazır ki, hər iki baş nazir ölkənin qərbindəki Misrata şəhərindəndir və onları Tripolidə müxtəlif qüvvələr dəstəkləyir. Bu iki siyasətçi arasında rəqabət 2011-ci ildə - Muammər Qəddafinin devrilməsindən sonra başlayıb.
Siyasi rəqibini ölkəni birləşdirə və seçkiləri təşkil edə bilməməkdə ittiham edən Fəthi Başağa bildirib ki, Liviyada ikihakimiyyətlilik uzun müddət davam edə bilməz. O qeyd edib ki, yeni vətəndaş müharibəsi ehtimalı azdır, lakin davamlı nümayişlər nəticəsində ölkədə xaos yarana bilər.
Xəlifə Haftarın nəzarəti altında olan “Neft ayparası” bölgəsinin sakinlərinin xam neft ixracına mane olmasını şərh edən F.Başağa deyib ki, insanların bu aksiyası korrupsiyaya qarşı etirazdır. “Biz hər hansı hərbi qarşıdurmadan qaçmağa müvəffəq olduq, lakin Liviya həmişəlik belə qala bilməz”, - deyə o əlavə edib.
(Azərtac)
-
Qoroskop01:40Günün ulduz falı: bu vərdişiniz əks nəticə verəcək
-
Hadisə00:27Türkiyə gəmisinə dron hücumu: yaralıların son vəziyyəti açıqlandı - Yeniləndi
-
Dünya3 Avqust 22:46Zelenski bu səfirləri vəzifələrindən azad etdi
-
Hadisə3 Avqust 22:18Azərbaycanda zəlzələ oldu
-
İdman3 Avqust 22:04İnfantino qorxuya düşüb: Ümidi Trampa qalıb - İddialara Ağ Evdən cavab gəldi
-
Region3 Avqust 21:13İstanbulda torpaq sürüşməsi baş verdi - Dağıntılar altında qalanlar var
-
ABŞ3 Avqust 20:12İran ya saziş bağlamalı, ya da təslim olmalıdır! - Tramp
-
Banklar 3 Avqust 19:10Kartla köçürməni qohuma etdiyimizi bank necə aydınlaşdıracaq?







.jpg)



.jpg)















.jpg)
.jpg)






