Nida Xəbər
Azərbaycan-Aİ Əməkdaşlıq Şurasının növbəti iclası sabah keçiriləcək
Azərbaycan-Avropa İttifaqı (Aİ) Əməkdaşlıq Şurasının növbəti iclası sabah Brüsseldə keçiriləcək.
Publika.az xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) Prezidenti Ursula fon der Lyayen Azərbaycan Prezidenti İlham Əliyevlə görüşün yekunlarına əsasən bildirib.
Onun sözlərinə görə, iclas zamanı tərəflər müxtəlif sahələr üzrə ikitərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə edəcək.
Ursula fon der Lyayen Azərbaycan və Aİ arasında yeni ikitərəfli saziş üzərində iş aparıldığını xatırladıb və tezliklə bunun yekunlaşacağına ümidvar olduqlarını bildirib.
“Aİ Azərbaycanın birinci ticarət tərəfdaşı və ixrac üçün birinci istiqamətidir”, - AK Prezidenti deyib.
Xatırladaq ki, Azərbaycan-Aİ Əməkdaşlıq Şurasının 18-ci iclası iyulun 19-u Brüsseldə keçiriləcək. Azərbaycan tərəfini iclasda XİN rəhbəri Ceyhun Bayramov təmsil edəcək.
-
ABŞ08:00ABŞ daha bir ölkədə hərbi əməliyyatlara başladı
-
İdman07:30FİA yeni qaydaları təsdiqlədi - Yağış yağarsa…
-
Sosial07:17Bu gün yağış yağacaq - PROQNOZ
-
Magazin206:16“Eşref Rüya”da yeni sima - Foto
-
Qadın04:44Məşhur stilist qadın gözəlliyinin sirrini açıqladı - Foto
-
Magazin100:15Azərbaycanlı müğənni ağır qəzaya düşdü
-
Qoroskop00:00Günün ulduz falı - Sizin ən güclü silahınız odur
-
Magazin13 Mart 23:48Zaur Əmiraslanova ağır itki üz verdi





























.jpg)






