Nida Xəbər
İran bir neçə ölkəyə raket zərbələri endirdi
İran İsrail, İordaniya və Qətərə raketlər atıb.
Publika.az xəbər verir ki, bu barədə hərbi qurumların rəsmi bəyanatlarında və mediada yayımlanan xəbərlərində bildirilir.
İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin məlumatına görə, İsrailin hava hücumundan müdafiə vasitələri İrandan atılan ballistik raketləri qeydə alıb. Bununla əlaqədar olaraq, Arxa Cəbhə Komandanlığı hücuma məruz qala biləcək rayonlardakı mobil telefonlara ehtiyat tədbirləri barədə direktiv göndərib.
"Al Jazeera" telekanalının məlumatına görə, raket zərbəsi təhlükəsi ilə əlaqədar İordaniyanın paytaxtı Əmmanla yanaşı, Qırmızı dəniz sahilində yerləşən Akaba limanında və ölkənin bir neçə iri şəhərində hava həyəcanı elan edilib, sirenlər səslənir. Qətər Müdafiə Nazirliyi isə İran tərəfindən iki raketin atıldığını bəyan edib. Birinci raket hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub, ikincisi isə Amerika hərbi kontingentinin yerləşdiyi Əl-Udeyd hərbi bazasına zərbə endirə bilib. Müdafiə qurumu xəsarət alanların olmadığını vurğulayıb.
Martın 3-də ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərqdəki Mərkəzi Komandanlığı (CENTCOM) bildirib ki, İran ABŞ-İsrail hərbi əməliyyatına cavab tədbirləri çərçivəsində nizamsız raket zərbələri həyata keçirir. Bundan əvvəl İranda ABŞ və İsrailin yaxın günlərdə müharibəni dayandırmaq məcburiyyətində qalacağı bəyan edilmişdi.
Hüseyn İbadlı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Həyatınıza ciddi bir insan daxil ola bilər
-
Magazin19 İyun 23:48“Qadının gözəlliyi baxışında gizlidir” - FOTO
-
MDB9 İyun 23:12Dağıstanda magistral qaz kəmərində güclü partlayışlar baş verdi - VİDEO
-
Sosial9 İyun 22:24Məktəbli qız Bərdə sakininə qoşulub qaçdı
-
Magazin19 İyun 21:36Xatundan ETİRAF: “Ondan qorxuram, məni danlayır”
-
MDB9 İyun 20:00Qeyri-adi toy: Bəy mərasimə onlayn qatıldı
-
Səhiyyə9 İyun 18:45Azərbaycanda quş qripi və Nyukasl xəstəliklərinə yoluxma halı var?
-
Nida Xəbər 9 İyun 18:12Nərmin Əhmədovaya yüksək vəzifə verildi


































