Nida Xəbər
"Qarşımızda duran əsas məsələ Qarabağın bərpasıdır" - Rəhman Hacıyev
"Əvvəlki illərdən fərqli olaraq bu gün burada keçirilən tədbir əlamətdardır. Çünki biz artıq azad olunmuş Qarabağın inkişafını, dirçəlişini müzakirə edə bilirik. Bu bizim nəslimizin bəlkə də ən böyük xoşbəxtliyidir".
Publika.az xəbər verir ki, bunu Qarabağ Dirçəliş Fondunun idarə heyətinin sədri Rəhman Hacıyev Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) təşkilatçılığı ilə "ASAP Forum 2022"nin açılış mərasimində deyib.
O bildirib ki, bu gün beynəlxalq arenada Azərbaycanın rolu, çəkisi Prezidentin düşünülmüş diplomatiyasının bir nəticəsidir: "Əhali sayı baxımından kiçik bir ölkə olsaq da, amma super güclərə və böyük dövlətlərə öz sözümüzü deməyi bacarmışıq. Bu heç də o demək deyil ki, hər şey bu qədər sadə və birmənalıdır. Tarixən belə olub, təəssüf ki, bu gün də dünyada ikili standartların hökm sürdüyünü görə bilirik.
Qarabağ probleminin həll olması ölkə başçısının iradəsi, ordunun və xalqımızın qəhrəmanlığı nəticəsində mümkün olmuşdu. Bu illər ərzində bu problem müxtəlif beynəlxalq platformalarda müzakirə olunurdu. Amma bunlar hamısı nəticəsiz qaldı. İndi bizim qarşımızda duran əsas məsələ Qarabağın bərpasıdır. Qaradağın dirçəldilməsi istiqamətində çiyinlərimizə böyük yük düşür".
Rəhman Hacıyevin sözlərinə görə, tarixən bu tipli münaqişələrin sonunda müxtəlif beynəlxalq donor konfranslar keçirilir və zərər dəymiş regionların bərpası üçün müxtəlif institutlar və təşkilatlar tərəfindən böyük vəsaitlər cəlb olunur: "Əgər biz bir president axtarsaq, ən gözəl nümunəni İkinci Dünya Müharibəsindən sonra Avropanın bərpasında ABŞ-ın və digər təşkilatların dəstəyini göstərə bilərik. Təəssüf ki, bu gün Azərbaycan münaqişənin həllində olduğu kimi, bu məsələdə də ikili standar görür".
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi









.jpg)

.jpg)























.jpg)


