Nida Xəbər
Su təsərrüfatı sahəsində təltif edilənlərə mükafatlar təqdim olundu

5 iyun – “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı ərəfəsində Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Əməkdar mühəndis” fəxri adı almış və “Tərəqqi” medalına layiq görülmüş, həmçinin “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Fəxri fərmanı ilə təltif olunmuş əməkdaşlara mükafatların təqdim olunması mərasimi keçirilib.
Publika.az xəbər verir ki, “Azərsu” ASC sədrinin birinci müavini Teyyub Cabbarov təltif olunmuş əməkdaşları təbrik edərək bildirib ki, istehlakçıların içməli və tullantı su xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsdi ilə Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq genişmiqyaslı işlər görülüb, mühüm layihələr həyata keçirilib. Əhalinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına hesablanmış bu layihələrin icrasında su təsərrüfatı işçilərinin böyük əməyi vardır.
Su təsərrüfatı və meliorasiya sahəsi işçilərinin əməyini yüksək qiymətləndirən Prezident İlham Əliyevin 14 may 2014-cü il tarixdə imzaladığı sərəncamla 5 iyun - “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı təsis edilib. Hər il peşə bayramı ərəfəsində bir qrup su təsərrüfatı işçisi fəxri ad və medallarla təltif olunur. Prezident İlham Əliyevin 04 iyun 2022-ci il tarixli sərəncamına əsasən su təsərrüfatı sahəsində səmərəli fəaliyyətinə görə “Azərsu” ASC-nin 1 əməkdaşı “Əməkdar mühəndis” fəxri adına layiq görülüb, 12 əməkdaşı isə “Tərəqqi” medalı ilə təltif olunub. Bununla yanaşı, əmək fəaliyyətində fərqlənən 102 əməkdaş “Azərsu” ASC-nin Fəxri fərmanına, 108 əməkdaş isə təşəkkürnaməyə layiq görülüb.
Tədbirdə su təsərrüfatı sahəsində səmərəli fəaliyyətinə görə təltif olunan “Azərsu” ASC əməkdaşlarına “Əməkdar mühəndis” fəxri adının vəsiqəsi, “Tərəqqi” medalları, fəxri fərman və təşəkkürnamələr təqdim olunub.
Təltif olunan əməkdaşlar su təsərrüfatı işçilərinin əməyinə verdiyi qiymətə görə dövlət başçısına minnətdarlıqlarını bildirib, göstərilən etimadı doğrultmaq üçün bundan sonra da əzmlə çalışacaqlarını vurğulayıblar.


-
Sosial17:28
Mayor İlham Haqverdiyev saxlanıldı
-
Region16:47
Ermənistanda rusları güllələdilər
-
Nida Xəbər 15:46
Saakaşvili paylaşım etdi: İlham Əliyev bütün Qafqazın şərəfini qorudu
-
Nida Xəbər 15:30
Ramiz Mehdiyevin dövlət çevrilişi planını bu ölkə ifşa edib - ŞOK DETALLAR
-
Sosial15:26
Bakıda hərbi parad keçiriləcək
-
Magazin214:20
Görkəminə ildə 1 milyon xərcləyir: Görün Kardaşyan hansı məhsulun qiymətini bilmir - FOTOLAR
-
Sosial13:56
Çörəyin ən baha satıldığı ölkələr: Azərbaycan dünya reytinqində...
-
Sosial13:27
Azərbaycanın Hərbi Prokurorluğunda yeni təyinatlar