Sosial
Sumqayıtda yağışın dağıtdığı yollar asfaltlanır - Foto
Sumqayıt şəhərində yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması istiqamətində təsdiq olunmuş tədbirlər planına uyğun olaraq ardıcıl və sistemli işlər davam etdirilir.
Bu barədə Publika.az-a Sumqayıt şəhər İcra Hakimiyyətindən məlumat verilib. Qeyd edilib ki, xüsusilə son günlər müşahidə olunan intensiv yağıntılar nəticəsində şəhərin bir sıra küçə və prospektlərində asfalt örtüyünün zədələnməsi, çökmələr və digər texniki problemlər qeydə alınmışdır. Mövcud vəziyyət nəzərə alınaraq, aidiyyəti qurumlar tərəfindən operativ tədbirlər həyata keçirilir. Hazırda şəhərin müxtəlif ərazilərində dağılmış və yararsız hala düşmüş asfalt örtüyünün bərpası istiqamətində cari təmir işləri aparılır, yol səthində yaranmış çökəkliklər aradan qaldırılır, nəqliyyatın təhlükəsiz və fasiləsiz hərəkətinin təmin olunması məqsədilə zəruri texniki tədbirlər görülür: "Eyni zamanda bildiririk ki, həyata keçirilən işlər mərhələli şəkildə təşkil olunmuşdur və şəhərin bütün yaşayış massivlərini əhatə edəcəkdir. Təmir-bərpa prosesində prioritet olaraq daha çox zərər görmüş və intensiv istifadə olunan yol sahələrinə üstünlük verilir. Bununla yanaşı, hava şəraitinin əlverişli olması fonunda Sumqayıt şəhərinin müxtəlif ərazilərində əsaslı asfaltlanma işlərinin həyata keçirilməsi də nəzərdə tutulur. Bu çərçivədə müasir standartlara cavab verən yol örtüyünün qurulması, yol infrastrukturunun keyfiyyətinin artırılması və uzunmüddətli istismar imkanlarının təmin edilməsi əsas məqsədlərdən biridir. Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilən tədbirlər şəhər sakinlərinin rahat və təhlükəsiz hərəkətinin təmin olunmasına, yol infrastrukturunun davamlı inkişafına xidmət edir və bu istiqamətdə işlər davamlı xarakter daşıyır".
-
Rəsmi xronika11:04İlham Əliyev paraqvaylı həmkarını təbrik etdi
-
Yaxın Şərq10:48Əraqçidən hədə dolu bəyanat: İsraillə əlbir olanlar məsuliyyət daşıyacaqlar
-
Rəsmi xronika10:27Prezident bu nazirə yeni müavin təyin etdi - FOTO
-
Kriminal09:36“Referans” klinikasının direktoru arvadını niyə güllələyib?
-
Dünya08:49Trampla Si Cinpinin salamlaşması gündəm oldu - Video
-
Sağlamlıq08:24Hande Harmancı hantavirusun Azərbaycanda yayılma riskindən danışdı - Video
-
Dünya07:55"Epşteyn adası"nda gərginlik: Ərazinin yeni sahibi və çağırılmamış qonaqlar
-
Magazin203:43“Eşref Rüya”dan izləyicilərə sürpriz: "İhtiyar" gəldi - Foto








.jpg)
.jpg)






















.jpg)


