Yaxın Şərq
BMT kimi qurumlar yuxudadır - Pezeşkian
Rəsmi Tehran ABŞ Prezidenti Donald Trampdan İranın nə üçün nüvə hüquqlarından istifadə etməməli olduğuna dair suala cavab verməsini gözləyir.
Publika.az "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Gənclər və İdman Nazirliyində çıxışı zamanı deyib.
"ABŞ Prezidenti elan edir ki, İran nüvə hüquqlarından istifadə etməməlidir, lakin "hansı cinayətə görə?" sualına cavab vermir. O kimdir ki, bir milləti qanuni hüquqlarından məhrum edə bilsin? İnsani prinsiplər baxımından, dinindən, məzhəbindən, irqindən və etnik mənsubiyyətindən asılı olmayaraq, hər bir azad insan öz təbii hüquqlarına sahib olmalıdır. Biz də beynəlxalq sistemdə bütün xalqlarla insaf və ədalət əsasında rəftar edilməsini tələb edirik", - Pezeşkian qeyd edib.
İran Prezidenti beynəlxalq qrurumların fəaliyyətsiz olmasına da diqqət çəkib:
"Bu hərəkətlər qarşısında insan hüquqları iddiasında olan təşkilatlar və hətta Birləşmiş Millətlər Təşkilatı kimi qurumlar yuxudadır, fəaliyyətsizdir və sadəcə bəzən narahatlıq ifadə etməklə kifayətlənirlər, halbuki bu cür reaksiyalar belə cinayətlərin qarşılığında yetərli deyil".
-
Maraq dünyası09:30Dünyanın ən qədim gəmi qəzası Türkiyə sahillərində olub - Yeri tapıldı
-
Sosial09:12Əflatun Amaşovdan Xoşqədəm Hidayətqızına cavab: "Vicdanlarına söykənib..."
-
Avropa08:12Səmada daha bir UNO müşahidə edildi
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
İdman06:46Tottinin həyatındakı ən gözəl gün
-
Magazin206:16Hər həftə bir ev alan şoumen kimdir? - FOTO
-
Dünya04:44Ueynrayt hərbi bazasındakı partlayış 4 can aldı - 40 yaxın yaralı var
-
Səhiyyə03:43Qazlı içkilər və fastfud beyni gizli şəkildə belə məhv edir - Araşdırma

















.jpg)



















