İmamoğluna qarşı 2 namizəd... - AKP-nin qərarı
Bizi izləyin

Nida Xəbər

İmamoğluna qarşı 2 namizəd... - AKP-nin qərarı

2019-cu ildə Türkiyədə keçirilən bələdiyyə seçkilərində İstanbulda Cümhuriyyət Xalq Partiyasına (CHP) uduzan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qarşıdan gələn seçkilərə hazırlaşmağa başladığı bildirilir.

Publika.az xəbər verir ki, artıq AKP-nin qarşıdakı seçkilər üçün namizədlərinin kimliyini müzakirə etməyə başladığı iddia edilir.

İddiaya görə, hakim partiyanın İstanbul böyükşəhər bələdiyyə başçılığına namizədləri arasında nəqliyyat və infrastruktur naziri Adil Karaismayıloğlu və ekologiya, şəhərsalma və iqlim dəyişikliyi naziri Murad Kurum da var.

Keçmiş ədliyyə naziri Əbdülhəmid Gülün Qaziantep böyükşəhər bələdiyyəsi üçün nəzərdən keçirildiyi bildirilir.

Məlumata görə, təkcə 2023-cü ildə keçiriləcək prezident və parlament seçkiləri hökumətin gündəmində deyil, AKP bundan təxminən bir il sonra keçiriləcək bələdiyyə seçkiləri üçün də indidən qollarını çırmalayıb.

Son günlərdə kulisdə müzakirə olunan əsas məsələ isə Adil Karaismayıloğlu və Murad Kurum İstanbul böyükşəhər bələdiyyə başçılığına namizədliklərinin müzakirə edilməsidir. İki şəxsdən birinin qarşıdakı seçkilərdə hazırkı bələdiyyə sədri Əkrəm İmamoğluna qarşı yarışacağı iddia edilir.

(teleqraf.com)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm