Nida Xəbər
Zərdüşt Əlizadə: “Vaşinqtonun ƏDALƏTSİZ MÜNASİBƏTİ Türkiyəni vadar edir ki...”
Məsələ çox aydındır: Türkiyə NATO-nun sadiq, mühüm, güclü üzvüdür. Ona münasibətdə hansısa ayrı-seçkiliyə yol verilməsi, ona mütərəqqi hərbi silahların satılmasından imtina edilməsi Türkiyənin qüruruna toxunur və maraqlarına ziddir. Ona görə də Türkiyə bu məsələni ardıcıl olaraq qaldırır və Amerikadan tələb edir ki, öz müttəfiqinə modern silahlar satsın.
Bunu Publika.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirib.
Sentyabr ayında Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyası çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Cozef Bayden arasında görüşdən gözləntilərini bölüşən Zərdüşt Əlizadə deyib ki, Vaşinqtonun müasir silahları satmaqdan imtinanı Ankaranın Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri alması ilə əlaqələndirməsi mənasız bəhanələrdir: “Çünki Türkiyə Rusiyadan S-400-ləri bəxtəvərlikdən almayıb. Amerika ona “Patriot”u satmaqdan imtina edəndə məcbur qalıb S-400 aldı. Bundan əlavə ABŞ Rusiyadan S-300 almış Yunanıstana F-35 ən müasir qırıcı-bombardımançı təyyarələri satıb. Türkiyənin Yunanıstandan nəyi əskikdir?! Yəni, Amerikanın bu ədalətsiz münasibəti Türkiyəni vadar edir ki, aramsız olaraq bu məsələni qaldırsın və Amerikadan ayrı-seçkiliyə son qoymağı tələb etsin”.
Zərdüşt Əlizadə bildirib ki, Türkiyə-ABŞ münasibətlərinin gündəliyində digər məsələlər də var. Onun sözlərinə görə, digər məsələlərdən ən vacibi ABŞ-ın kürd separatçılarına verdiyi dəstək, onların Yaxın Şərqdə hansısa torpaqlar, o cümlədən türk torpaqları hesabına kürd dövlətinin yaradılması planlarıdır ki, bu da Türkiyəni əsla qane etmir: “Hələlik üzdə olan məsələlər bunlardır. ABŞ kürd separatizmini dəstəkləyir, mütərəqqi hərbi silahları satmaqdan imtina edir, nə əvvəl satılmış F-16-ları modernləşdirir, nə modernləşdirilmiş F-16-ları satır, nə də Türkiyənin F-35-lərin istehsalındakı iştirakının ləğvini aradan qaldırır. Yəni, Türkiyəni müasir silah texnologiyalarının mənimsənilməsi prosesindən kənarlaşdırır”.
Bəs bu görüşdə Azərbaycanla, o cümlədən Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı da hansısa məsələlər müzakirə oluna bilərmi? Zərdüşt Əlizadə bu suala cavab olaraq deyib: “Amerikanın burada bir o qədər böyük rolu yoxdur. Düzdür, Amerika dünyada böyük dövlətdir. Ancaq onun dünyanın hər bir nöqtəsinə əli çatmır. O cümlədən Amerikanın Yaxın Şərqdə mühüm rol oynayan Türkiyənin sıx müttəfiqi olan Azərbaycana nə isə etmək imkanı yoxdur. Bəli, zilə qalxa, vəziyyəti gərginləşdirə bilər, amma bu, Amerikanın və onun müttəfiqlərinin milli maraqlarına ziddir. Ona görə Amerika mənasız yerə cırtqozluq etməz, Azərbaycanla münasibətləri korlamaz”.
Səxavət Həmid
-
Magazin218:55
Bu məşhurların fəxri adları əllərindən alındı
-
İdman18:25
Türkiyə klubunun baş məşqçisi öldürüldü
-
Dünya16:54
Türkiyəli müəllimdən Azərbaycanla bağlı təsirli addım: Bayrağımızı... - VİDEO
-
Rəsmi xronika16:22
Prezident bu nazirə ali xüsusi rütbə verdi
-
Hadisə16:18
Bu şəxs Azərbaycandan məcburi çıxarılacaq: görün nə edib
-
Hadisə15:47
Bakıda MTN-də işləmiş qadını aldadıb 15 min manat aldılar
-
Magazin115:06
"Ailəli qadınların etdiklərini eşidəndə..." - VİDEO
-
İdman14:14
Sürətli yolların ərəb gözəli: O, ABŞ-ın tarixinə necə düşüb?