Nida Xəbər
Dövlət orqanları üçün yeni indekslər təsdiqləndi
Azərbaycan Respublikasının dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslər üçün müəyyən edilmiş vahid indekslərin siyahısı təsdiq edilib.
Publika.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərar dövlət orqanlarında (qurumlarında) daxili idarəetmə proseslərinin Elektron Hökumət İnformasiya Sistemi üzərindən mərkəzləşdirilmiş qaydada elektronlaşdırılmasının tətbiqinin təkmilləşdirilməsini və idarələrarası elektron sənəd dövriyyəsi sisteminin səmərəli fəaliyyətini təmin etmək məqsədilə qəbul edilib.
Yeni yaradılmış və ya yenidən təşkil edilmiş dövlət orqanına (qurumuna) bu Qərara uyğun yeni indeks verilir.
Dövlət orqanı (qurumu) ləğv edildikdə, onun bu Qərarla müəyyən edilmiş indeksi istifadəsiz saxlanılır. Siyahı ilə müəyyən edilmiş indekslər dövlət orqanlarının (qurumlarının) daxili icraatında olan sənədlərə şamil edilmir (məsələn: məhkəmə, hüquq mühafizə, gömrük və s. orqanlarda baxılan işlər). Dövlət orqanlarının (qurumlarının) tabeliyindəki (strukturundakı) qurumların indeksi müvafiq dövlət orqanının (qurumunun) özü tərəfindən müəyyən edilir və onun əsas indeksindən sonra yazılır.
Bu Qərar 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.
-
Region13:12Ermənistanda polis məmuruna “zibil” deyən jurnalistə bu cəza verildi
-
İdman12:42Hemilton Kardaşyanın uşaqlarını belə əyləndirir - FOTO
-
Nida Xəbər 11:15Azərbaycanlıların olduğu gəmi dron hücumuna məruz qalıb - XİN
-
Rəsmi xronika10:41İlham Əliyev Ərdoğana məktub göndərdi
-
Nida Xəbər 10:34Onun Azərbaycana ekstradisiyası ilə bağlı razılıq əldə edildi
-
Dünya10:18Trampdan Netanyahuya: Sizi orada istəmirlər, çıxın
-
Magazin209:42Baş məşqçinin həyat yoldaşının bu hərəkəti sosial şəbəkələri qarışdırdı - VİDEO
-
Dünya08:36Məşhur aktyor maşını ilə 20 yaşlı qızı vurub qaçdı - 10 ilədək həbs gözləyir








.jpg)



























