Nida Xəbər
İjevsk qətliamı: ölən və yaralananlar artdı - VİDEO/YENİLƏNDİ
İjevskdəki 88 saylı orta məktəbdə atışma zamanı ölənlərin sayı 11-i uşaq olmaqla 15 nəfərə çatıb.
Publika.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Bundan əvvəl 7-si uşaq olmaqla 13 nəfərin öldüyü, 14-ü uşaq olmaqla 21 nəfərin yaralandığı məlum idi.
13:44
İjevsk şəhərində yerləşən 88 saylı məktəbdə baş vermiş atışma nəticəsində ölənlərin sayı 7-si uşaq olmaqla 13 nəfərə çatıb.
Publika.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Bildirilib ki, 14-ü uşaq olmaqla daha 21 nəfər yaralanıb, regionda matəm elan edilib.
xxx
12:56
İjevskdəki 88 saylı orta məktəbdə baş verən atışma nəticəsində 9 nəfər həlak olub. Ölənlərdən ikisi mühafizəçi, ikisi müəllim və beşi məktəblidir.
Publika.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb. Daha bir neçə nəfər yaralanıb. İstintaq iddia edir ki, atəş açan şəxs nasist simvolları olan mayka geyinib, üzünü isə maska ilə örtüb. Onun üzərində heç bir sənəd olmayıb. Atəş açan şəxs intihar edib, onun şəxsiyyəti hələ müəyyən edilməyib.
Baş verən hadisə ilə bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsi (ümumi təhlükəli üsulla iki və ya daha çox şəxsin öldürülməsi) və 222-ci maddəsinin 1-ci hissəsi (qanunsuz silah saxlama) ilə cinayət işi açılıb.
Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin cinayət işinin Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsinə verilməsi barədə göstəriş verib.
xxx
12:17
Son məlumata görə, İjevskdə 88 saylı orta məktəbdə baş verən atışma nəticəsində 6 nəfər həlak olub, 20-yə yaxın insan yaralanıb.
Bu barədə Udmurtiyanın Daxili İşlər Nazirliyi bildirib.
Hücum edən şəxs intihar edib. Udmurtiyanın rəhbəri Aleksandr Breçalov bildirib ki, ölənlər arasında uşaqlar da var.
xxx
12:13
İjevsk şəhərindəki (Udmurtiya Respublikası) 88 saylı orta məktəbdə atışma olub, mühafizəçilərdən biri və iki şagird yaralanıb.
Publika.az xəbər verir ki, bu barədə məktəb rəhbərliyi "Zvezda" telekanalına bildirib.
Yerli "UDMInfo" nəşrinin şahidlərə istinadən verdiyi məlumata görə, təhsil müəssisəsinin ərazisi mühasirəyə alınıb. "Danışır Moskva" isə bildirir ki, hücumçu məktəbin ikinci mərtəbəsində polisə atəş açıb, o, heç bir tələb irəli sürmür.
Daxili İşlər Nazirliyi də atışma ilə bağlı məlumatı təsdiqləyib. Udmurtiyanın rəhbəri Aleksandr Breçalov bildirib ki, bütün xüsusi xidmət orqanları, təcili yardım hadisə yerində işləyir. “88 saylı məktəbdəki vəziyyətə görə: bütün qüvvələr və vasitələr cəlb olunub... Mən hadisə yerinə gəldim, baş verən hər şeyi operativ şəkildə çatdıracağam”, – deyə o "Telegram"da yazıb.
Səxavət
-
ABŞ09:00O da Tramp administrasiyasını tərk edir
-
Sosial08:12Ağdam şəhərinə daha 92 ailə yola salındı
-
Ekologiya07:55Azərbaycanın məşhur turizm bölgəsində dəhşətli mənzərə - Video
-
İqtisadi gündəm06:46Dollarla bağlı vəziyyət kəskin dəyişdi - Hər kəs bu valyutaya keçir
-
Magazin106:16Çelikdən Hüseyn Məmmədoğluna sərt reaksiya: Qısqanırsan!
-
Nida Xəbər 04:30Gürcüstan DTX-nin 62 səhifəlik sənədində Azərbaycan...
-
İdman03:44Messi aldı, La Liqa klublarını ötməyə başladılar
-
Region03:18Türkiyədə şəxsi silah əldə etmək məhdudlaşdırılacaq
































