Nida Xəbər
Əfsanəvi musiqiçinin qatili ilə bağlı qərar verildi – FOTO
Nyu York ştatının Cəzaların icrası və inzibati nəzarət departamenti 1980-ci ilin dekabrında musiqiçi, “The Beatles” rok qrupunun üzvü, filantrop, sülh uğrunda aktivist, rəssam Con Lennonu (1940-1980) güllələyən Mark David Çapmanın şərti azadlığa buraxılmasından imtina edildiyini açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Məlumata görə, bu, Nyu Yorkun şimalındakı Qrin-Heyven həbsxanasında ömürlük həbs cəzası çəkən Çapmanın sorğularına cavab olaraq verilən 12-ci imtinadır.
67 yaşlı məhkumun növbəti müraciətinə cari ilin avqustunda baxılıb. Cəzaların icrası və inzibati nəzarət departamentinin nümayəndələri ilə məhbus Çapman arasındakı söhbətin tam mətni hələlik açıqlanmayıb. Lakin məlumdur ki, o, əvvəlki söhbətlərində dəfələrlə tam peşman olduğunu bildirib və öz hərəkətini iyrənc adlandırıb. Eyni zamanda Mark David Çapman ömrünün sonuna qədər həbsdə saxlanılacağı təqdirdə bunu başa düşəcəyini və şikayət etməyəcəyini bildirib.
2020-ci ildə şərti azadlığa buraxılması ilə bağlı əvvəlki müraciətinə baxılarkən məhbus Çapman deyib: “Mən onu öldürdüm... çünki o, çox, çox, çox məşhur idi və bu, yeganə səbəbdir. Mən isə çox, çox, çox məşhur olmaq istəyirdim. Çox eqoistikdir”.
Mark Devid Çapman növbəti dəfə 2024-cü ilin fevralında vaxtından əvvəl azadlığa çıxmaq üçün müraciət edə biləcək.
Səxavət
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı











.jpg)
.jpg)






















.jpg)

.jpg)