Nida Xəbər
Araz Əlizadə haqqında bilmədiklərimiz
Xəbər verdiyimiz kimi, Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, sabiq deputat Araz Əlizadə bu gün gecə saatlarında onkoloji xəstəlikdən vəfat edib.
Publika.az xəbər verir ki, Araz Əlizadə barədə hazırladığı qısa arayışı təqdim edir.
Araz Məmməd Mübariz oğlu Əlizadə 1951-ci il noyabrın 3-də Bakı şəhərində alim ailəsində doğulub. Vikipediyada onun talış əsilli olduğu qeyd olunub. 1974-cü ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib. 1975-1976-cı illərdə Əfqanıstanda tərcüməçi işləyib. 1979-cu ildən Ukrayna SSR-nin paytaxtında Ukrayna Elmlər Akademiyası Tarix İnstitutunda kiçik elmi işçi işləyib, eləcə də Kiyev Xarici Dillər Pedaqoji İnstitutunda dərs deyib.
1985-ci ildə siyasi baxışlarına görə mühakimə olunub. 1987-ci ildə Bakıya qayıdıb. 1988-ci ildə Dağlıq Qarabağ ətrafında münaqişə baş qaldıranda, bu problemin ədalətli həlli uğrunda siyasi mübarizəyə qatılıb.
1988-ci il mayın 16-da və 18-də Qarabağın müdafiəsi üçün Bakı şəhərində keçirilən ilk kütləvi mitinqlərin təşkilatçısıdır. 1989-cu ildən Azərbaycan Sosial Demokrat Partiyasının sədri, 1995-ci ildən 2012-ci ilə qədər ASDP-nin həmsədri, 2012-ci il iyunun 30-da keçirilən partiyanın XII qurultayında ASDP-də həmsədr institutu ləğv ediləndən və sədr institutu bərpa ediləndən sonra sədri olub. Qeyd edək ki, ASDP 1989-cu il dekabrın 10-da “Villi Brandtın Dostları Klubu”nun – 1970-ci illərin əvvəllərindən Azərbaycan Dövlət Universitetində A.Əlizadənin rəhbərliyi altında fəaliyyət göstərən təşkilatın bazasında yaradılıb.
Araz Əlizadə 1991-1995-ci illərdə Azərbaycan Ali Sovetinin deputatı olub. 1991-ci ildə Azərbaycan Respublikasının Müdafiə Şurasının üzvü olşb. 1988-1991-ci illərdə SSRİ-də yaranan qeyri-formal demokratik təşkilatların fəal üzvü olub və onların rəhbərliyində təmsil olunub.
1990-cı ildən çoxsaylı beynəlxalq simpoziumlarda, konfranslarda və konqreslərdə iştirak edib.
Araz Əlizadə 2013 və 2018-ci illərdə keçirilən prezident seçkilərində rəsmi qeydə alınmış namizəd olub.
O, 2015-ci il noyabrın 1-də baş tutan seçkilər əsasında formalaşan Milli Məclisin V çağırış deputatı seçilib. Araz Əlizadə parlamentdə 35 saylı Xətai III seçki dairəsini təmsil edib.
Onu da bildirək ki, ASDP-nin 2017-ci ilin oktyabrında keçirilən XIII qurultayında Araz Əlizadə yenidən sədr, oğlu Səməd Əlizadə isə beynəlxalq məsələlər üzrə müavin seçilib.
Araz Əlizadənin atası görkəmli Azərbaycan şərqşünası, tərcüməçi, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi Məmməd Mübariz Əlizadə (1911-1994), anası tanınmış Azərbaycan dilçisi, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi Zinyət Əlizadədir (1922-1998).
Araz Əlizadə filoloq alim Nüşabə Əlizadənin və şərqşünas-politoloq Zərdüşt Əlizadənin qardaşıdır.
Səxavət
-
Magazin101:11Bu il də finala keçə bilmədik
-
Magazin100:30Təmsilçimiz ikinci yarımfinalda çıxış etdi - VİDEO
-
İdman00:15İran millisi önündə böyük əngəl - Dünya çempionatını buraxa bilər
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu istək sizi yeni istiqamətlərə aparacaq
-
Magazin114 May 23:36İlon Mask Pekində keçirilən ziyafətdə hərəkətləri ilə gündəm oldu - VİDEO
-
İdman14 May 23:24PSJ-nin ulduzlarının xanımları ilə çempionluq FOTOSU
-
Magazin214 May 23:00Büstqalter geyinən Cennifer Lopesdən cəsarətli pozalar - FOTO
-
Nəqliyyat14 May 22:48Bu ərazilərdə yeni tunellər tikiləcək































.jpg)


