Nida Xəbər
Azərbaycan Avropa İttifaqından zəmanət istəyir – XİN-in müavini
Azərbaycan 2027-ci ildən sonra əlavə qaz alışı ilə bağlı Avropa İttifaqından zəmanət almaq istəyir.
Publika.az xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov “Financial Times”a müsahibəsində deyib.
“Hazırda Avropa alternativ təchizatçılar tapmağa ciddi ehtiyac duyur. Biz elə etməliyik ki, bu, Avropanın bir gün bitəcək Ukrayna müharibəsi fonunda tələbi olmasın. Siz birdən yenidən Rusiyadan qaz almağa başlayacaqsınız və deyəcəksiniz ki, bizim qazımıza artıq ehtiyac yoxdur”, – deyə Elnur Məmmədov bildirib.
O qeyd edib ki, Azərbaycan qazının Avropaya tədarükünü iki dəfə artırmaq üçün investisiyalara ehtiyac var və bu, bütün maraqlı tərəflər tərəfindən həyata keçirilməlidir. Elnur Məmmədovun sözlərinə görə, Azərbaycan sərmayələrə öz payını verməyə hazırdır, eyni zamanda Avropa İttifaqının da bu istiqamətdə fəal olacağını gözləyir.
Qeyd edək ki, 2022-ci ilin iyulunda Azərbaycan və Aİ arasında enerji sahəsində strateji tərəfdaşlıq memorandumu imzalanıb. Bu memorandum 2027-ci ilə qədər Azərbaycan qazının Avropaya tədarük həcmini ən azı 20 milyard kubmetrə çatdırmağı planlaşdırır.
Səxavət
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular


































.jpg)

.jpg)
