Nida Xəbər
Baydendən İran üzərindəki qələbəyə reaksiya: “Allah Amerikanı sevir”
ABŞ Prezidenti Co Bayden ölkəsinin Qətərdə keçirilən futbol üzrə dünya çempionatında İrandan olan rəqibləri üzərində qələbə qazanmasına böyük həvəslə reaksiya verib və Allahın Amerika komandasını sevdiyinə əmin olduğunu bildirib.
Publika.az xəbər verir ki, C.Bayden oyun bitdikdən sonra pozitiv şəkildə deyib: “ABŞ – bir, İran – sıfır! Oyun bitdi!”. Onun sözlərini Ağ Evin mətbuat xidməti sitat gətirir.
Qeyd olunur ki, oyunun keçirildiyi gün o, Miçiqanda səfərdə olub. Burada rəsmi çıxış etdikdən sonra Amerika komandasının qələbəsindən xəbər tutan Bayden yenidən səhnəyə çıxıb və toplaşanların hamısına emosional şəkildə ABŞ komandasının triumfunu çatdırıb.
“Bu, böyük oyundur, oğlan. Mən məşqçi və futbolçularla danışanda dedim: “Siz bunu bacararsınız”. Onlar bunu etdilər, Allah onları sevir”, – Amerika administrasiyasının rəhbəri əlavə edib.
Qeyd edək ki, noyabrın 29-da “Əl-Tumama” stadionunda baş tutan Amerika və İran milli komandalarının görüşü 1:0 hesabı ilə Kristian Pulişiçin vurduğu qolla ABŞ komandasının xeyrinə başa çatıb (38-ci dəqiqə). Qarşılaşmanı 42 127 tamaşaçı izləyib.
Bu oyuna qədər İran və ABŞ komandaları dünya çempionatında cəmi bir dəfə qarşılaşıblar – 1998-ci ildə iranlılar qrup mərhələsinin oyununda 2:1 hesabı ilə qalib gəlib. Rəqiblər arasında daha bir yoldaşlıq görüşü heç-heçə (1:1) ilə yekunlaşıb.
Səxavət
-
ABŞ16:06Melaniya Trampın paltosu müzakirələrə səbəb oldu: At yorğanıdır
-
İqtisadi gündəm15:42Yaxın Şərqdə sülh ehtimalının neftə təsiri: Büdcədə 65 dollarlıq proqnoz özünü doğruldacaq?
-
Rəsmi xronika15:02İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi
-
Rəsmi xronika14:02Prezident fərman imzaladı
-
Nida Xəbər 13:46Bu saatlarda gedişhaqqı 1 qəpik olacaq
-
MDB12:30Zelenskidən Lukaşenkoya müraciət: Putini də götür bura gəl
-
Nida Təhlil 11:09Azərbaycanda 1,4 milyonluq mənimsəmə - Hərbçilər də ittiham olunur
-
Qoroskop10:20Bu gün şansı dəyişəcək 5 BÜRC - Mələk rəqəminin enerjisi aktivdir




































