Nida Xəbər
Zakir Həsənov: İlham Əliyev məni nazir təyin edəndə bildirdi ki...
"2016-cı ildə Türkiyə ilə gücümüzü birləşdirib, bir neçə strateji yüksəkliyi ala bildik və bu, bizim qələbəmizin başlanğıcı oldu”.
Publika.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezident Administrasiyasının Milli Kitabxanasında Azərbaycan Prezidenti İlham Əliyevə həsr olunmuş “Vətən müharibəsi tarixi: Şəxsiyyət faktoru” kitabının təqdimat mərasimində iştirak edən Azərbaycan müdafiə naziri Zakir Həsənov bildirib.
44 günlük Vətən müharibəsindən söz açan nazir qeyd edib ki, Türkiyə Cümhuriyyəti, xalqı və Silahlı Qüvvələri Azərbaycanın yanında olmaqla, bu mübarizənin zəfərlə başa çatmasına səbəb olub:
"2013-cü ildə Prezident İlham Əliyev məni müdafə naziri təyin edəndə bildirdi ki, bizim beynəlxalq hüquqa ümidimiz yoxdur, ikili standartlar var, biz gərək torpaqlarımızı öz gücümüzlə azad edək və “Bir millət, iki dövlət” prinsipindən çıxış edərək Türkiyə Silahlı Qüvvələrinin bilik və bacarığı, dəstəyi ilə ordumuzu quraq. Başda hörmətli nazirmiz Hulusi Akar olmaqla Türkiyə ordusuna, xalqına və dövlətə öz minnətdarlığımı bildirirəm”. (Report.az)
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı











.jpg)
























.jpg)

.jpg)