Nida Xəbər
Müdafiə naziri: "Şuşanın azad edilməsi Prezidentin xüsusi tapşırığı ilə baş tutdu"
“Hamımıza məlumdur ki, 44 günlük müharibə Şuşanın azadlığı ilə başa çatdı. Şuşanın azad edilməsi Prezidentin xüsusi tapşırığı ilə baş tutdu”.
Publika.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezident Administrasiyasının Milli Kitabxanasında Azərbaycan Prezidenti İlham Əliyevə həsr olunmuş “Vətən müharibəsi tarixi: Şəxsiyyət faktoru” kitabının təqdimat mərasimində iştirak edən Azərbaycan müdafiə naziri Zakir Həsənov bildirib.
Z.Həsənov Şuşa əməliyyatları ilə bağlı xatirələrini bölüşüb: “Biz hər səhər hərbi əməliyyatlarla bağlı Prezidentə məruzə edirdik. Şuşa əməliyyatı başlamazdan öncə mən bütün sənədləri toplayıb planımız haqqında məlumat verdim. Hərbi vasitələrlə hansı ərazilərin vurulacağı haqqında danışarkən, Prezident etiraz edərək dedi ki, bunları bir tərəfə qoy, çünki Şuşa bizim şəhərimizdir, tarixi abidələr, binalara ziyan vurmamalıyıq və yüngül silahlardan istifadə olunmalıdır”.
Nazir deyib ki, Prezidentin göstərişi ilə Şuşa xüsusi təyinatlı qüvvələrin hərbi əməliyyatı nəticəsində azadlığına qovuşub: “Axşam saat 8, 9 radələrində artıq Şuşanın azad olunması haqqında Prezidentə telefonla məlumat verdim, dövlət başçısı da Azərbaycan Ordusunu təbrik etdi”. (Report.az)
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO








.jpg)

.jpg)










.webp)













.jpg)


