Nida Xəbər
"Səfirliyimizə hücumun arxasında molla rejimi durur" - ŞƏRH
İran rejimi səfirliyimizə hücumu “ailə münaqişəsi” kimi qələmə verməyə çalışsa da, hücumun arxasında molla rejiminin durduğu məlumdur. Onlar hər cür hədyanları düşünüb söyləyəcəklər. Azərbaycanın İrandakı səfirliyinə edilən davranış, Azərbaycan dövlətçilyinə qarşı bir nömrəli terror aktıdır, cinayət hadisəsidir”.
Publika.az xəbər verir ki, bu sözləri politoloq Qabil Hüseynli deyib.

Politoloq bildirib ki, ölkədəki səfirliklərin qorunması ilə bağlı dünyanın qəbul etdiyi qaydalar var, amma İran bu qaydalara məhəl qoymur.
“Dünyanın qəbul etdiyi dəyərlər, hərəkət etdiyi diplomatik qanunlar var. Ölkədə səfirliyin qorunması ilə bağlı qeydlər Beynəlxalq Viyana Kanvensiyasında əks olunub. Bunlar özlərini əsl cinayətkar yerinə qoyublar. Bir ölkə ki,cinayəti, terroru dəstəkləyir. Bir ölkənin ki, hərbi quruplaşmalarından biri SEPAH cinayətkar dəstə elan olunur. Bu ölkədən nə gözləmək olar?”.
Q.Hüseynli qeyd edib ki, İran törətdiyi cinayətə görə, cavab verməli olacaq: “İranın siyasətçiləri səfirliyimizə hücum edəcəkləri ilə bağlı aylardır bizi təhdid edirlər. Bunlar öncədən hərşeyi bəyan edib əhalini buna hazırlayıblar.
Azərbaycan təcili surətdə Beynəlxalq məhkəməyə müraciət etməlidir.
Əminəm ki, bütün dünya ölkələri bu məsələyə münasibətlərini bildirəcək və terror hadisəsi kimi tanıyacaq. Əvvəl-axır İran Beynəlxalq məhkəmə qarşısında cavab verməli olacaq”, - o deyib.
Ayşən Rəhim
-
Dünya10:00ABŞ-dan Hörmüz AÇIQLAMASI - İranı ələ saldı: Donanma yoxdur
-
Sosial09:18Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olundu - Rəsmi
-
Səhiyyə08:48Erkən insulta səbəb olan məişət vərdişləri - Həyat üçün təhlükə yaradan nələrdir?
-
ABŞ08:00ABŞ-dan kritik qərar: Bu bank 1,21 milyard dollar cərimələndi
-
İKT07:30Xəbərdarlıq: Süni intellekt ev cihazları vasitəsilə yayıla bilər
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ










.jpg)






.jpg)


















