Nida Xəbər
Səfirliyimizə hücumla bağlı Bakının əlində hansı informasiyalar var?
İran Azərbaycanın Tehrandakı səfirliyinə edilən terror hücumunu “məişət hadisəsi” kimi göstərmək cəhdlərini davam etdirir.
Xarici işlər nazirinin müavini Xələf Xələfov baş verən hücumun terror hadisəsi olduğunu bir daha vurğulayıb. X. Xələfovun açıqlamasında diqqət çəkən məqam odur ki, terror hücumu ilə bağlı Rəsmi Bakının əlində informasiyalar var. Bu məlumatlar İran tərəfinə təqdim edilib.

“Əlimizdə olan ilkin məlumatlar əsasında, qarşıdakı tərəfə mövqeyimizi çatdırmışıq”, - X.Xələfov deyib.
Hücumla bağlı Azərbaycanın əlində hansı məlumatlar ola bilər?
Politoloq Qabil Hüseynli Publika.az-a açıqlamasında bir sıra ehtimalları irəli sürüb.

O, qeyd edib ki, bütöv hadisələrin təhqiqatı müəyyən qənaətlərə gəlməyə imkan yaradır.
“Bu qənaətlər ondan ibarətdir ki, həmin terror hadisəsini törədən şəxsi səfirliyin qarşısında bir neçə dəfə görüblər. Bu onu göstərir ki, həmin şəxs və ya şəxslər səfirliyə hücum etməzdən öncə kəşfiyyat işi aparıblar.
Onlar müşahidə edib və səfirliyin qarşısına insanlar nə vaxt gəlir, qapı nə zaman açılır, bina necə qorunur bunu öyrəniblər”.
Politoloq bildirib ki, İranda insanların üzərində silah gəzdirilməsinə icazə verilmir. Bu adamın isə üzərində həm “tapança” silahı, həm də “Kalaşnikov” olub.
“Orada hər insan belə silahlara sahib ola bilmir. Bu onu deməyə əsas verir ki, terroru törədən şəxs dövlətə, müəyyən təşkilatlara və qurumlara yaxın olub. Üstəlik İran tərəfi çalışır ki, bu hadisəni məişət zəmnində qələmə versin. Lakin araşdırmalar göstərir ki, həmin şəxsin həyat yoldaşının səfirliyə daxil olması ilə bağlı hər hansı bir məlumat yoxdur. Digər bir məsələ isə, İran tərəfi öncə məlumat yaymışdı ki, terrorçunun avtomobilində uşaqları da olub, amma hadisələr cərəyan etdikcə göründü ki, avtomobildə uşaq yox imiş. O, avtomobillə səfirliyin avtomobilinə arxadan zərbə endirir və sanki bu toqquşma ilə binanın qapısının açılmasına nişan verir. Azərbaycanın Xüsusi Xidmət orqanları bu sahədə ciddi müşahidələr aparır”,- deyə o vurğulayıb.
Q.Hüseynli qeyd edib ki, İran tərəfi hadisəni ört-basdır edərək Azərbaycana məlumat verməkdən boyun qaçırır.
“Qarşı tərəfin hadisə haqqında araşdırılmanın düzgün aparılmaması, məişət hadisəsi kimi qələmə verilməsi, sözügedən şəxsin üzərində aparılan istintaq təhqiqatı onu göstərir ki, şəffaflıq yoxdur, tamamilə subyektiv şəkildə araşdırılır və nəticə yoxdur. Ən başlıcası Azərbaycan tərəfinə rəsmi bir məlumat da verilmir. Qarşı tərəf üzrxahlıq edəcəyi ilə bağlı söz versə də, onlar üzrxahlığı Azərbaycandakı səfirlik vasitəsilə həyata keçirdilər ki, bu da diplomatik etiketlərə heç bir baxımdan uyğun gəlmir. Biz İran dövlətindən və rəsmilərindən üzr gözləyirik, o da baş vermir. Fars rejimi bir çox məsələlərdə olduğu kimi bu məsələdə də qeyri-səmimilik və riyakarlıq nümayiş etdirir. Sözün həqiqi mənasında baş verən hadisənin üstünü basdırmaq yolunu tutur”, - o deyib.
Q.Hüseynli bildirib ki, İran siyasətçiləri səfirliyimizə hücum edəcəkləri ilə bağlı aylardır bizi təhdid edirlər. Bunlar öncədən hərşeyi bəyan edib əhalini buna hazırlayıblar.
“Fakta əsaslanan SEPAH-ın palkovnikinin sosial şəbəkələrdə yayılmış bir çıxışı var. O, açıq-aşkar qeyd edir ki, “Biz Tehrandakı Azərbaycan səfirliyini daşqalaq edəcəyik. Onlar o zaman İranın gücünün nə olduğunu başa düşəcəklər”. İstehzalı bir formada deyir ki, “Azərbaycan bizim üçün nədir ki səfirliyi də nə olsun? Onları asanlıqla yer üzündən silə bilərik”.
Ayşən Rəhim
-
Avropa05:45Aİ ölkələri qənaət rejiminə keçməli olacaq - Xəbərdarlıq
-
ABŞ05:15İranın 10 gəmisi ABŞ-ın blokadasını yarmağa çalışdı
-
Qoroskop01:40Günün ulduz falı: Maliyyədə gizli imkanlar üzə çıxacaq
-
Region15 Aprel 21:37Məktəbdə qətliam törədən yeniyetmənin fotosu
-
Region15 Aprel 20:34Ərdoğandan silahlı hücuma reaksiya
-
Sosial15 Aprel 19:30Türkiyədə tütün məhsulları tamamilə qadağan edilir - Növbə Azərbaycandadır?
-
Region15 Aprel 18:50Məktəbdə 9 nəfəri öldürən şagirdin atası saxlanıldı - Əvvəllər yüksək vəzifə tutub...
-
Sosial15 Aprel 17:38Bu qurumda maaşlar artırıldı - Rəsmi














.jpg)


















