Nida Xəbər
ABŞ-dan XƏBƏRDARLIQ: Azərbaycan-İran qarşıdurması böyüyəcək, Ermənistanda...
“Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktı dünyanı da parçaladı. Rəsmi Bakı hücumun terror aktı olduğunu bəyan etdi, Qərb dövlətləri bu mövqeyi dəstəklədi, Rusiya bu mövqeyi qəbul etsə də, hadisənin qarşıdurmaya səbəb olmayacağına ümid etdiyini bildirdi. Lakin qarşıdurmanın olacağı real görünür”.
Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın "Jamestown" Fondunun hazırladığı hesabatda qeyd olunur.
Hesabatda üç səbəb qarşıdurmanın kəskinləşəcəyinin nümunəsi kimi göstərilir.
“Birincisi, Bakı bu hücuma Azərbaycan-İran sərhədində keçirilən hərbi təlimlərə verdiyi cavabdan qat-qat sərt cavab verdi. Buna paralel olaraq, Bakıda son dövrlər Güney Azərbaycanın hüquqlarından daha intensiv danışırlar.
İkincisi, İran rəsmiləri və mediası bir neçə ildir Azərbaycana hücum edir. Burada Qarabağ müharibəsindən sonra Türkiyənin bölgəyə gəlişi, İranın Rusiya ilə daha çox yaxınalaşması, eləcə də Azərbaycan-İsrail münasibətləri həlledici amildir və Tehran bu səbəbləri əsas götürərək, Bakıya qarşı aqressiv siyasət yürüdür.
Üçüncüsü, Azərbaycan səfirliyinə qarşı terror aktından bir gün sonra İranın hərbi hədəflərinə zərbələr endirildi, hücumun arxasında İsrailin olduğu deyilir və bu, istər-istəməz Bakı ilə Təl-Əvivin yaxınlığına diqqət çəkir”, - hesabatda bildirilir.
Eyni zamanda, Qafqazdakı vəziyyətə də diqqət edilir. Qeyd olunur ki, İran ətrafında baş verənlər Cənubi Qafqazdakı proseslərə də təsir edəcək:
“İran və Rusiya daha çox beynəlxalq təcridə məruz qalır, Qərb isə artıq Qafqazda aktivləşir. Bu vəziyyətdə Ermənistan da Qərb, yoxsa Rusiya arasında seçim etmək məcubriyyətində qalacaq və daha çox təzyiqlə üzləşəcək. Nəticə etibarilə İrəvanda siyasi böhran yarana bilər”.
Asif
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO











.jpg)
























.jpg)

.jpg)