Nida Xəbər
Xilasedicimizdən qürurverici addım: Türkiyə bu azərbaycanlı qəhrəmandan danışır - FOTO
Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.
Publika.az xəbər verir ki, azərbaycanlı xilasedici Əli Şirzadov xilasetmə işləri zamanı qızıl-zinət əşyaları taparaq ərazinin jandarma bölməsinə təhvil verib.
Xilasedicimizin bu örnək davranışını Türkiyənin “Yalova Press” media orqanı yayımlayıb və Azərbaycana təşəkkür edib.
“Azərbaycandan olan xilasedicilər fəlakətin baş verdiyi ilk gündən etibarən verdiyi dəstək səyləri ilə kahramanmaraşlıların qəlbindəki yerini ikiqat artırdı”, - deyə nəşr yazıb.
Qeyd edək ki, Türkiyənin Kahramanmaraş şəhərinə hazırda FHN-in 758 nəfər şəxsi heyəti ezam olunub, 8 baş xüsusi təlim görmüş iti axtarış-xilasetmə əməliyyatlarına cəlb edilib.
Akqabay

-
Dünya13:40Kütləvi dron hücumu Rusiyanı silkələdi: Moskva və Krım təhlükədə
-
Nida Xəbər 13:20Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi
-
Rəsmi xronika11:24İlham Əliyev Kamboca Kralını təbrik etdi
-
Nida Xəbər 10:04Türkiyə XİN Azərbaycanı təbrik etdi
-
Ekopublika.az08:49Bakıda torpaqların qiyməti kəskin dəyişdi - Səbəb açıqlandı
-
ABŞ02:43Tramp elan etdi: ABŞ İranda “Dəmir qapı” qrupunu işə saldı
-
Qoroskop01:20Günün ulduz falı: planlarınızı dəyişdirməli olacaqsız
-
Region00:27İranın Qeşm adasında partlayışlar oldu






















.jpg)

.jpg)






.jpg)


