Nida Xəbər
Xocalı faciəsində ittiham edilən generalımız SİRLƏRİ AÇDI: “Yeltsin bizə dedi ki…”
Xocalı soyqırımının 31-ci ildönümündə gündəmə gələn məsələlərdən biri də faciə baş verməzdən iki gün əvvəl o vaxtkı prezident Ayaz Mütəllibovun Tahir Əliyevi müdafiə naziri təyin etməsidir. Bildirilir ki, T.Əliyev hərbdən uzaq insan idi və onun bu vəzifəyə təyinatı A.Mütəllibovun ən böyük səhvi olub.
Publika.az sabiq müdafiə naziri general-mayor Tahir Əliyevin Globalinfo.az-a müsahibəsini təqdim edir:
– Tahir bəy, necə düşünürsünüz, doğrudanmı vəzifəyə təyinatınız Mütəllibovun ən böyük səhvi idi?
– Öyrədilmiş insanlar var ki, mənim haqqımda hər sözü danışırlar. Mən elələrinə cavab vermirəm. Nə deyirlər, desinlər. Kaş Ayaz Mütəllibov məcburi şəkildə istefaya göndərilməzdi.
– Siz Mütəllibovun o vaxt istefaya göndərilməsini doğru saymırsınız?
– Əlbəttə, doğru saymıram. Dövlətin ağır günlərində, respublikanın çətin vaxtında prezidenti istefaya göndərmək çox yanlış idi. Mən sözümü o vaxt Xalq Cəbhəsinin liderlərinə demişəm. Bildirmişəm ki, Ayaz Mütəllibovu istefaya göndərmək növbəti faciələrə yol açacaq. Təəssüf, dediklərim oldu. Mən Cəbhə rəhbərliyinə müqayisə üçün deyirdim ki, hesab edin, Mütəllibov 30 yaşında yetkin kişidir, siz də 1 yaşlı uşaqsınız. Onun yerinə gəlib nə edəcəksiniz bu ölkə üçün? Tarix hər şey isbatladı.
– Sizin müdafiə naziri təyin olunmağınız Xalq Cəbhəsinin tələbi idi?
– Əlbəttə ki, xeyr! Mənim nazir təyin olunmağıma Xalq Cəbhəsinin heç bir aidiyyəti yox idi. Birbaşa Ayaz Mütəllibovun təşəbbüsü ilə təyin olunmuşam.
Məndən əvvəl Valeh Bərşadlı gəldi və ona işləməyə imkan vermədilər. Hər gün mitinq keçirilirdi. Həmin dövrdə ordu da yox idi. Sovet hökuməti 70 ilə qurduğu ordunu Əfqanıstanda məhv etdi. Döyüşməyə adam qalmadı. Daha sonra Tacəddin Mehdiyev gəldi. Ona da işləməyə imkan vermədilər. Tacəddin Daşaltıda qələbə qazanmağı planlaşdırırdı. Dərhal daxildən rus kəşfiyyatçılarına məlumat verdilər. O əməliyyat böyük fiaskoya uğradı. 90 nəfərə qədər şəhid verdik. Neçə döyüşçümüz itkin düşdü.
May, 1992-ci il. Türkiyənin o vaxtkı baş naziri Süleyman Dəmirəl Bakıya səfər etmişdi. Tahir Əliyev o dönəm daxili işlər naziri idi. Foto mediada ilk dəfə yayımlanır.
– Tahir bəy, siz Xalq Cəbhəsinin üzvü idiniz?
– Xeyr, partiyaya üzv olmamışam. Mən Xalq Hərəkatında olmuşam, amma AXC üzvü deyildim.
– Xocalı faciəsindən yayınmaq mümkün idimi?
– O dövrdə bu, mümkün deyildi. Bir məsələ var idi – ya biz MDB-yə daxil olmalı idik, ya da belə… Şəxsən Yeltsin səviyyəsində göstəriş verilən faciədən necə qaçmaq olardı?! Adam 366-cı alayı tam erməniləşdirmişdi. Yenə deyirəm, bir yolumuz var idi, o da MDB-yə daxil olmaq. Əks halda torpaq da gedəcəkdi, millət də qırılacaqdı.
– MDB-yə daxil olmağa Ayaz Mütəllibov mane oldu?
– Xeyr, əksinə, Mütəllibov MDB-yə daxil olmanın tərəfdarı idi. Çünki vəziyyətə özü idarə edirdi.
– Bəs kim, nə mane oldu Azərbaycanın MDB-ə daxil olmasına?
– O vaxtkı müxalifət deyirdi ki, MDB-yə daxil olsaq, Azərbaycan suverenliyini itirəcək. Ona görə də imkan vermirdilər. Sonu da belə ağır faciələrlə yekunlaşdı.
-
Kriminal00:45
Atasını döyə-döyə öldürən oğul onun üzünü tamam dağıdıbmış - Tükürpədici DETALLAR
-
Art00:15
Məşhur aktyor tamaşa zamanı HUŞUNU İTİRDİ
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Elə bir sirr ortaya çıxa bilər ki...
-
Sosial12 Oktyabr 23:24
Bakıda məşhur şirkətin işçisi oğurluq üstündə HƏBS EDİLDİ
-
Magazin112 Oktyabr 22:36
Mehin yeni fotoları ilə GÖZ OXŞADI
-
Kriminal12 Oktyabr 22:24
Evə sərxoş gəldi, anasını süpürgə ilə döydü
-
Dünya12 Oktyabr 22:12
Onun fotosu məşhur jurnalın üz qabığında - FOTO
-
Sosial12 Oktyabr 21:00
Azərbaycanda toy YASA ÇEVRİLDİ