Nida Xəbər
Ceyhun Bayramov Ceyk Sallivan ilə görüşdü
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarına işgüzar səfəri çərçivəsində ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan ilə görüşüb.
Bu barədə Publika.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, əsas müzakirələrin Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə həsr olunduğu görüşdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da iştirak edib.
Görüş zamanı, nazir Ceyhun Bayramov Azərbaycanın Ermənistanla sülh prosesinin əsas elementlərinin təşəbbüskarı kimi, bölgədə sülh və sabitliyin bərqərar edilməsində maraqlı olduğunu, sülh sazişinin razılaşdırılmasının və imzalanmasının əhəmiyyətini vurğulayıb. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə qarşı addımlarından əl çəkməsinin vacib olduğu qeyd edilib. Bununla yanaşı, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyasının ölkənin daxili məsələsi olduğunu, bu istiqamətdə səylərə Ermənistan tərəfinin müdaxiləsinin qəbuledilməz olduğunu diqqətə çatdırıb.
Nazir eyni zamanda, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə, habelə Ermənistan tərəfindən qəbul edilmiş öhdəliklərə zidd olaraq erməni silahlı qüvvələrin hələ də tam olaraq Azərbaycan ərazisindən çıxarılmamasının ciddi təhdid mənbəyi olduğunu vurğulayıb.
Milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bölgədə sülh və sabitliyin təmin olunmasında, sülh sazişi üzrə danışıqların uğurla nəticələnməsində ABŞ tərəfinin maraqlı olduğunu bildirib.
-
Rəsmi xronika11:24
İlham Əliyev sərəncam imzaladı
-
Cənubi Qafqaz10:30
Paşinyan hücum tapşırığı verdi: bu gün İrəvanda qırğın olacaq
-
Magazin110:00
Mehin aldığı ən bahalı hədiyyədən danışdı: yaşadığım evi... - VİDEO
-
Ekopublika.az09:25
Dünyanın ən varlı və yoxsul ölkələrinin YENİ SİYAHISI
-
ABŞ09:00
İsrail "qırmızı xətt"i keçəcək? - Bunu edərsə, ABŞ silah tədarükünü dayandıracaq
-
Dünya08:30
Belqorod atəşə tutuldu: yaralılar var
-
Sağlamlıq07:55
Banan, pomidor, xiyar... – Səhərlər bunları yeməyin!
-
Magazin106:49
“Deputat olmaq fikrim var idi” - Rasim Balayev