Paşinyan açıqladı: Əliyevlə bu tarixdə Moskvada görüşəcəm
Bizi izləyin

Nida Xəbər

Paşinyan açıqladı: Əliyevlə bu tarixdə Moskvada görüşəcəm

Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan tərəfinin Moskvada Rusiya və Azərbaycan liderlərinin iştirakı ilə üçtərəfli görüş keçirməyə razılaşdığını açıqlayıb.

Publika.az “Sputnik-Ermənistan”a istinadən xəbər verir ki, bu barədə o, hökumətin iclasında bildirib.

Paşinyan müvafiq təklifin Rusiya tərəfdən edildiyini və Ermənistanın bunu qəbul etdiyini vurğulayıb. “Görüşün mayın 25-də keçirilməsi planlaşdırılır”, - o söyləyib.

Mayın 19-da Moskvada xarici işlər nazirləri səviyyəsində üçtərəfli danışıqların keçirilməsi planlaşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm