Nida Xəbər
Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 5 milyard dollara çata bilər
Bu il Rusiya və Azərbaycan ticarət dövriyyəsini 5 milyard ABŞ dollarına çatdırmağı planlaşdırır.
Publika.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk “Rusiya-İslam Dünyası: KazanForum” beynəlxalq iqtisadi forumunda deyib.
“Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi durmadan artır. Məsələn, 2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 4 milyard 170 milyon ABŞ dolları təşkil edib. Bu, çox ciddi artım idi. Söhbət təxminən 24,5 %-lik artımdan gedir... Bu ildə yaxşı artım templəri müşahidə olunur. Buna görə də bu il Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin 5 milyard ABŞ dollarına çata biləcəyini gözləyirik”, - A.Overçuk bildirib.
2022-ci ildə Rusiya ilə ticarət əməliyyatlarının payı Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 8,83 %-ni təşkil edib.
2021-ci ilin yekunlarına görə, Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsinin həcmi 2020-ci illə müqayisədə 12,1 % artaraq 2,99 milyard ABŞ dollarına çatıb.
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular


































.jpg)

.jpg)
