Əmlak bazarı ilə bağlı YENİ QANUN - Qeyri-yaşayış obyektlərində qiymətlər artacaq?
Bizi izləyin

Nida Xəbər

Əmlak bazarı ilə bağlı YENİ QANUN - Qeyri-yaşayış obyektlərində qiymətlər artacaq?

Əmlak bazarı ilə bağlı YENİ QANUN - Qeyri-yaşayış obyektlərində qiymətlər artacaq?

Xəbər verdiyimiz kimi, 2023-cü il iyunun 1-dək tikinti obyektinin inşası, yenidən qurulması və planlaşdırılması, bərpası, təmiri və digər tikinti fəaliyyəti nəticəsində yaradılmış bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış qeyri-yaşayış təyinatlı binaların istismarına icazə verilmə qaydası müəyyənləşib.

Bu, Prezident İlham Əliyevin imzaladığı "Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanında əksini tapıb.

Məsələ ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Publika.az-a açıqlama verib.

O bildirib ki, hazırda Bakı və Abşeron ərazisində, eləcə də digər böyük şəhərlərdə 40 minə yaxın çıxarışı olmayan qeyri-yaşayış obyektləri var:

"Bu statistika hələ siyahıya alınmış qeyri-yaşayış obyektlərinə aiddir. Bəlkə faiz daha çoxdur. Fərman nəticəsində həmin obyektlər çıxarışla təmin olunacaq. Çıxarışı olmayan ərazilərdə nə sığorta, nə də rəsmi formada icarə müqaviləsi bağlamaq olur. Bu da əmlak bazarına mənfi təsir edir. Digər bir məsələ isə odur ki, çıxarışı olmayan ərazilər ucuz satılır və ya alınır".

Ekspertin sözlərinə görə, çıxarışlı əmlakların satışında alıcılıq qabiliyyəti yüksəkdir:

"Çıxarışlı əmlak olduğu halda, müştərilərdə və qiymətlərdə artım müşahidə olunacaq. Fərman istənilən hallarda əmlak bazarına müsbət təsir göstərəcək. Tikinti bazarına gəlincə isə yay aylarında torpaq sahələrinə tələbat artır. Sentyabr ayından sonra isə azalma baş verir. Demək olar ki, bu hər il belə davam edir. Əmlak bazarında alıcıların çox olmasının əsas səbəbi ipoteka sistemin mövcud olmasıdır. Vurğulamaq lazımdır ki, ipoteka krediti bazarda olan müştəri çoxluğunun göstəricilərindən biridir".

Aysel

Oxumağa davam et
Reklam
Reklam

Gündəm