28 il lal qalan İranı bu gün danışdıran səbəblər - Türkiyəli general açıqladı
Bizi izləyin

Nida Xəbər

28 il lal qalan İranı bu gün danışdıran səbəblər - Türkiyəli general açıqladı

28 il lal qalan İranı bu gün danışdıran səbəblər - Türkiyəli general açıqladı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən bildirib ki, İran Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsinə qarşıdır. İran Ərdoğanın bu ittihamına münasibət bildirib. İranın ali dini lideri Ayətullah Əli Xameneinin sözçüsü Ayətullah Seyid Həsən Amili deyib ki, əslində İran Azərbaycanla Naxçıvan arasında birbaşa nəqliyyat əlaqəsinin yaradılmasının əleyhinə deyil. Həmçinin qeyd edib ki, əgər Ermənistan öz ərazisi ilə Naxçıvanla nəqliyyat əlaqəsi yaratmağa imkan verməsə, biz İran ərazisindən Azərbaycanı Naxçıvanla birləşdirən daha yaxşı yol çəkməyə hazırıq. Azərbaycan, Naxçıvan və Türkiyəni İran torpaqları birləşdirməlidir”.

Bu da ona dəlalət edir ki, İran Türkiyə və Azərbaycanı öz ərazisindən keçəcək yol vasitəsilə təsir dairəsində saxlamağı planlaşdırır.

Ehtiyatda olan türkiyəli general Yücel Karauz mövzu ilə bağlı Publika.az-a açıqlamasında bildirib ki, İran bu sözləri Qarabağ işğalda olarkən deməli idi.

“İran yenə də mənasız və məntiqsiz açıqlamalar verməyə davam edir. Bu açıqlamaların heç bir doğru tərəfi yoxdur. Kaş ki, İran bu açıqlamalarını Qarabağ işğalda olarkən deyərdi. 28 il susan İran, bu gün danışmağa başlayıb. Azərbaycan və Ermənistan müstəqil bir dövlətdir. Onlar arasında olan danışığın İrana heç bir aidiyyəti yoxdur. Həmçinin, Zəngəzur dəhlizi İran-Ermənistan sərhədinə təsir etmir. Dəhlizdə açılacaq dəmir yolu İranla bağlı deyil”.

Türkiyəli general dəhlizin açılmasının İranın iqtisadiyyatına da ciddi təsir göstərəcəyini vurğulayıb:

“Ermənistan İranla Azərbaycan arasında olan sərhəddə təxribat törədəndə İran susurdu. Heç bir zaman mövqeyini bildirmirdi. Lakin əməllərindən hansı ölkənin yanında olduğunu görürdük. Hazırda dediklərinin heç bir mənası yoxdur. İrana Zəngəzur dəhlizindən istifadə üçün qadağa qoyan yoxdur. Lakin o indi həyəcana düşüb. “İran torpaqları vasitəsilə bu işi görək” deməsi olduqca gülüncdür. İran istəyir ki, bölgədəki proseslər çətinləşsin, xaos olsun. Çünki regionda sülh istəmir. İran istəsə də, istəməsə də, Zəngəzur dəhlizi açılacaq”.

Aysel Şahmar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm