Bakıda güclü zəlzələ: Hazırda afterşoklar davam edir - YENİLƏNDİ
Bizi izləyin

Nida Xəbər

Bakıda güclü zəlzələ: Hazırda afterşoklar davam edir - YENİLƏNDİ

Hazırda zəif afterşoklar gedir.

Publika.az xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Elektron Xidmətlər şöbəsi məlumat yayıb.

***

Bakıda bir qədər əvvəl güclü zəlzələ olub.

Publika.az xəbər verir ki, zəlzələ paytaxtla yanaşı bir neçə rayonda da hiss olunub.

Təxminən saat 08:17 radələrində baş verən zəlzələ ilə bağlı hələlik rəsmi məlumat verilməyib.

Zəlzələnin təsiri ilə bağlı sosial şəbəkələrdə də xeyli sayda paylaşım edilir.

***

Respublika Seysmoloji Xidmət Mərkəzindən Publika.az-a bildirib ki, ilkin məlumata əsasən, Azərbaycan ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunub.

Yerli vaxtla 08:16-da baş verən zəlzələ 5.6 bal gücündə qeydə alınıb. Zəlzələnin ocağı Xəzər dənizində yerləşib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm