Nida Xəbər
Bakıda iki erməni qardaş ələ keçdi - FOTO/VİDEO
Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci Polis Şöbəsinin (PŞ) əməkdaşları tərəfindən son günlərdə keçirilən əməliyyatlar zamanı avtomobillərdən oğurluq edən əvvəllər məhkum olunmuş Səyyad Qənbərov, Ramana və Sabunçu qəsəbələrində 10-a yaxın evdən oğurluq edən Rövşən Cəfərov, Vüqar Sadıxov və Elçin Danilyan saxlanılıblar.
Publika.az xəbər verir ki, əməliyyat zamanı saxlanılanlardan ikisi ermənidir və qardaşdırlar - 1966-cı il təvəllüdlü Rövşən Cəfərov və 1971-ci il təvəllüdlü Elçin Danilyan.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Axar.az-ın sorğusuna cavab olaraq bildirilib ki, erməni qardaşlar əvvəllər də oğurluq və digər cinayətlərə görə saxlanılıb:
"Belə ki, 2019-2020-ci illərdə Bakıda ev quşları oğurladıqları üçün saxlanılan erməni qardaşlar əməllərini etiraf edib”.
Məlumata görə, qardaşlar Sabirabad rayonunun sakinləridir. Rövşən evlənəndən sonra həyat yoldaşının soyadını götürüb. Sonradan cütlük boşansa da, həmin şəxs Cəfərov soyadını saxlayıb. Elçin isə Danilyan soyadını dəyişməyib.
-
Magazin207:47Məşhur bəstəkar vəfat etdi - FOTO
-
Magazin206:16“Polat” onlarla birgə şamı üfürüb tortu kəsdi - FOTO
-
Sosial04:14Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ: Yeni növ peyda oldu, qiyməti... - VİDEO
-
Hadisə01:41Şəkidə canavar kəndə hücum etdi - Xəsarət alanlar var
-
Yaxın Şərq01:11Bu ölkədə 30 ildən sonra ilk dəfə QAR YAĞDI - VİDEO
-
Sosial00:15Xocavənddə vəzifəli şəxs qəzada öldü
-
Qoroskop00:00Günün ULDUZ FALI - Ünsiyyətinizi diqqətlə qurun
-
Magazin220 Dekabr 23:24Yeni ev alıb ona ərə gedəcəyini ELAN ETDİ - FOTO



























